Slayd / Təhsil (18-05-2023, 13:30)
Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunmalıdırmı?
İki gün əvvəl Elm və Təhsil naziri jurnalistlər üçün keçirilən brifinqdə sertifikasiya ilə bağlı məsələyə bir daha aydınlıq gətirərək bildirib ki, imtahanda iki dəfə uğursuz nəticə əldə edən müəllimlərin işinə xitam veriləcək.
Bu cür yanaşma nə dərəcədə faydalı olacaq?
Təhsil üzrə ekspert Elmin Nuri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlərin sertifikasiyasından ikinci dəfə uğursuz nəticə əldə edən müəllimlərin işdən azad olunması cəza hesab edilməməlidir:
"Subyektiv fikrimcə, bu, kifayət qədər yumşaldılmış humanist addımdır. Çünki zamanla aparılan tədqiqatlar, sorğu və müşahidələr təhsildəki problemləri üzə çıxardı. Təhsilin yeganə problemi təkcə bürokratik əngəllər, sosial bərabərsizlik deyil. Təhsilin böyük problemlərindən biri də müəllimlərin keyfiyyəti ilə bağlıdır".
O qeyd edir ki, sertifikasiya imtahanları ilə bağlı qaydalara əsasən, iki dəfə imtahandan kəsilən müəllim işdən azad olunmalıdır:
"İlk dəfə ötən il ölkəmizdə sertifikasiyaya start verildi və yalnız ibtidai sinif müəllimləri sertifikasiyadan keçdi. İbtidai sinif müəllimlərinin 98 faizi sertfiikasiyada iştirak edib, 78 faizi isə ilk mərhələdə uğur qazanıb. Yəni 10 945 müəllimin 8 min 547 nəfəri ilk mərhələni uğurla keçib. Digər müəllimlər isə təkmilləşdirmə kurslarına göndərilib. Nazir sertifikasiyanın nəticələrinə aid tədbirlərin birində qeyd edib ki, 2300 müəllimin özünü təkmilləşdirməsinə ehtiyac var. Deməli həmin müəllimərin bu illər ərzində yetişdirdikləri şagirdlərin də keyfiyyət göstəriciləri aşağıdır. Bu təkcə təhsilə yox, həm də cəmiyyətə vurulan zərbədir", - deyə o əlavə edib.
Ekspert bildirir ki, həmin müəllimlərdən 1530 nəfəri cari il ərzində xüsusi təkmilləşdirmə kurslarına göndəriləcək və onlar növbəti il keçiriləcək sertifikasiya imtahanına yenidən qatılacaqlar:
"Dövlət belə müəllimlərin yenidən yetişməsi üçün şərait yaradır. Bütün bunlardan sonra da həmin müəllim yenidən aşağı nəticə göstərəcəksə, onun məktəbdə qalmağının nə əhəmiyyəti var?! Bunun yarada biləcəyi sonrakı fəsadları düşünürükmü? Biz zəif müəllimləri məktəbdə görmək istəmirik. Övladlarımızı belə müəllimlərə tapşıra bilmərik".
Təhsil üzrə digər ekspert Elçin Əfəndiyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən qərar tamamilə ədalətlidir:
"Burada heç bir ədalət prinsip pozulmur. Kimsə ixtisasını bilmirsə, normal təhsil verə bilmirsə, şagirdlərə zərərli biliklər verirsə, onun qalıb işləməsinin heç bir mənası yoxdur. Hətta mən deyərdim ki, belə müəllimlərə bir dəfə də şans verilməsi məsələsi də ləğv olunmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində də təhsil bu prinsiplər üzərində qurulur. İstəmərik ki, övladlarımıza ixtisası üzrə müvafiq bilik və bacarıqlara sahib olmayan şəxs təhsil versin", - deyə o əlavə edib.
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən üzrlü səbəblərdən sertifikasiyada iştirak etməyən, imtahandan kəsilən şəxslər üçün bir il ərzində ikinci dəfə imtahan keçirilir:
"Şəxs ikinci dəfə də imtahanda iştirak etməsə, yaxud kəsilsə, bu zaman onunla bağlanan əmək müqaviləsinə xitam verilir. Təhsil sistemimizin daha peşəkar müəllimlərə ehtiyacı var. Sertifkasiyanın da mahiyyəti daha peşəkar müəllimləri üzə çıxarmaqdır".
"Bu səbəbdən də təklif edirəm ki, məsələyə mahiyyəti üzrə baxmalıyıq və burada ilk olaraq uşaqların mənafeyi nəzərə alınmalıdır. Sertifikasiyanın mahiyyəti peşəkarlarla qeyri-peşəkarları müəyyən etmək və yola peşəkarla davam etməkdir", - deyə o əlavə edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024