Slayd / Araşdırma / Redaktor seçimi (25-01-2023, 19:25)
Cəlilabadın da "şəriksiz xanı" varmış
Cəlilabad rayonunun Qarağac kənd sakinləri tərəfindən Mediatv.az-ın redaksiyasına olunan mütəmadi telefon zənglərində insanları narahat edən problemlərin öz həllini tapmaması bir yana, Hamarqışlaq kənd ərazi nümayəndəsi Mədət Nəzərlinin qanunsuz əməlləri öz əndazəsini aşmaqdadır. Redaksiyamızı bilgiləndirən mənbənin verdiyi məlumata görə, M.Nəzərli Qarağac kəndinin örüş sahəsini sözügedən kənddən olan Ağacanovlar ailəsinin 3 üzvünə satmaqla kifayətlənməyib, 1 hektar ərazisini də qonşu, İncilli kəndindən olan şəxslərə satmışdır. Kənd sakinlərinin bütün aidiyyatı orqanlara etdiyi şikayətlər də necə deyərlər "qulaqardına vurulur". Bu istiqamətdə əməkdaşlarımızın apardığı araşdırmalar isə, bizi sözün əsl mənasında heyrətləndirdi. Sən demə, Hamarqışlaq kənd inzibati ərazi nümayəndəsi olan Mədət Nəzərli bu ərazilərin şəriksiz "xanı"dır. Hörmətli oxucular, xahiş edirik ki, aşağıdakı şəkilə diqqətlə baxasınız.
Bu şəkildə gördüyünüz ev, təsərrüfat obyektləri, üzüm bağları, o cümlədən ətrafında olan 10 hektardan artıq olan taxıl sahələri məhz icra nümayəndəsi M.Nəzərliyə məxsusdur.Mediatv.az xəbər verir ki, hər bir Azərbaycan vətəndaşının yuxarıda sadalanan əmlaka sahib olunmasında heç bir problem yoxdur. Əsl problem isə ondan ibarətdir ki, Mədət bəyin sahib olduğu bu ucsuz-bucaqsız torpaq sahələri icra nümayəndəsinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin əmlakını zəbt etməsidir. Digər maraqlı məqam isə ondan ibarətdir ki icra nümayəndəsi yurd saldığı məkan, yaxınlıqda olan heç bir kəndin inkişaf fonduna aid deyil.
Haşiyə: Necə ki, Naxçıvanın xanı Vasif Talıbov bütün sakinlərdən kənarda, qoruq ərazisində özünə mülk salıb, həmin hadisə ilə eynilik təşkil edir.
Dövlət başçımız, 44 günlük müharibənin fatehi, hörmətli İlham Əliyev cənabları dəfələrlə çıxışlarında vurğulayıb ki, dövlət məmurlarını mən təyin edirəm ki, "xalqa xidmət etsinlər, nümunə olsunlar, təvazükar olsunlar". Mədət Nəzərlinin timsalında, budurmu nümunə?, budurmu xidmət?...
Əlbəttə, Mədət Nəzərlini başa düşmək olar. 30 ildən artıq bir müddətdir ki, bu vəzifədə işləyir və tutduğu mövqedən maksimum yararlanmağa çalışır. Redaksiyamıza daxil olan məlumatlar içərisində o da var ki, M.Nəzərli hər iki oğluna rayon mərkəzində dəbdəbli ev-eşik düzəldərək, yaşayış üçün lazım olan bütün şəraiti yaratmışdır. Eyni zamanda, Bakıda yaşayan qardaşı ilə biznes şərikliyi də mövcuddur. Məlumatlar içərisində diqqəti cəlb edən ilginc məqamlardan biri də Mədət Nəzərlinin oğlanlarının Qarabağ savaşında iştirak etməmələri bir yana, deyilənə görə onlar heç hərbi xidmətdə də olmayıblar. (Bu barədə araşdırmalarımız davam edir.)
Nəysə, bu deyilənlər məlumdur. Məlum olmayan isə, rayon rəhbərliyinin sözügedən icra nümayəndəsinin sadalanan bu "nümunəvi" hərəkətlərinə biganə münasibətidir. Fürsətdən istifadə edib rayon icra hakimiyətinin başçısı hörmətli Rafiq Cəlilova müraciət edərək Qarağac kənd sakinlərinin problemi ilə maraqlanmağı ondan xahiş edirik.
P.S.Hamarqışlaq kənd inzibati ərazi nümayəndəliyi ilə rayon maliyyə idarəsinin rəisi arasında olan və zaman-zaman davam edən korrupsiya sövdələşmələri barəsində də daxil olan məlumatlar əsasında araşdırmalarımız davam edir. Bizi izləyin
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024