Karusel / Slayd / Redaktor seçimi (16-01-2023, 20:23)
Mədət Nəzərli qazilərin adından necə istifadə edir?
Cəlilabad rayonunun Qarağac kənd sakinləri tərəfindən Mediatv.az-ın redaksiyasına ünvanlanmış şikayət ərizəsi əsasında hazırlanmış və dərc edilmiş yazı oxucularımız, xüsusən də rayon sakinləri arasında geniş rozonans doğurmuşdur. Sözügedən kəndin sakinləri, o cümlədən Hamarqışlaq kənd inzibati ərazisindən redaksiyamıza çoxlu telefon zəngləri daxil olmuşdur. Eyni zamnda əməkdaşlarımızda bu istiqamətdə geniş araşdırma aparmışdır. Əməkdaşlarımızın apardığı araşdırmalara görə, ötən yazıda qaldırılmış problemlə yanaşı, digər faktlarda ortaya çıxmışdır.Məlum olmuşdur ki, 30 ildir Hamarqışlaq kənd inzibati ərazisinin icra nümayəndəsi işləyən (etiraf edək ki, az müddət deyil) Mədət Nəzərli, Qarağac kəndinə aid olan örüş sahəsini (nəzərdə tutulan otlaq sahəsi) birinci dəfə deyil satır. O, həmən ərazidən (Qarağac kəndindən İncilli kəndinə gedən yolun sağ tərəfi) 10 il bundan qabaq da 2 həyətyanı sahə satıb. Hətta, həmin sahələrdən birində də artıq ev tikilib. Məsələnin maraqlı cəhəti isə ondan ibarətdir ki, icra nümayəndəsi M.Nəzərli örüş sahəsindən satdığı bu 3 torpaq sahəsini bir ailənin üzvlərinə satıb. (Görünür, bunlarla daha asan anlaşılır) Digər maraqlı məqam isə ondan ibarət olub ki, çəpərə salınan axırıncı ərazi isə ev yeri adı ilə verilsə də, 1 hektardan artıq ərazini əhatə edir. Bildiyimiz qədər ev yeri ən yaxşı halda 6 sotdan artıq olmur. Kənd sakinlərinin Mediatv.az-a verdiyi məlumata görə, Mədət Nəzərli müxtəlif vaxtlarda bu ərazidən kənd sakinlərinə torpaq təklif edib, örüş ərazisi olduğundan heç kim bu təklifi qəbul etməyib. Qeyd edək ki, eyni zamanda sözügedən kənddə 4 Vətən müharibəsinin iştirakçısı və 2 şəhid ailəsi var. Bu halı ona görə qeyd etdik ki, "özünü ağıllı hesab edən" icra nümayəndəsi qazilərin adından belə manipulyasiya etməyi unutmur.
Kənd sakinləri də israrla bildirirlər ki, kəndin inkişaf fondundan şəhid ailələrinə və kənddən olan qazilərin hamısına istədikləri qədər torpaq verilsin, lakin bu müqəddəs adlardan istifadə edib örüş sahəsi satılaraq dilsiz-ağızsız heyvanların istifadəsində olan ərazi hərraca çıxarılmasın. İndi bir sual olunur, cənab icra nümayəndəsi bu torpaqları hansı qanun əsasında satıb? Yox əgər satmayıbsa, bütün kəndin istifadəsində olan örüş ərazisi niyə çəpərlənib? Rayon hüquq mühafizə orqanları niyə tədbir görmür?
Rayon icra hakimiyyətinin başçısı, hörmətli Rafiq Cəlilovun bunlardan xəbəri varmı? Hamarqışlaq kənd inzibati ərazi nümayəndəsi özü üçün evi harada tikib?
Hörmətli, Mədət Nəzərli şəxsən özü neçə hektar ərazini zəbt edib? İnzibati ərazi dairəsində daha hansı qanunsuz əməllər hökm sürür? Ərazidə olan azyaşlı xanımlar ailə qurarkən onların sənədləri necə qaydasına salınır? Rusiya Federasiyasında türmədə olan şəxsə burada necə arayış verilir?
Göründüyü kimi, suallar çoxdur. Gələn saylarımızda. Bizi izləyin.