Karusel / Slayd / Redaktor seçimi (28-12-2022, 22:38)
Cəlilabadda “ya Mədət” deməyənin işi hamar getmir
Cəlilabad rayonunun Qarağac kəndinin bir qrup sakini (Fərəcov Elşad İbad oğlu və digərləri–cəmi 14 imza) Ölkə başçısına, Baş Prokurora, Daxili İşlər Nazirinə, İqtisadiyyat Nazirinə ünvanladıqları şikayət ərizəsinin bir surətini də Mediatv.az-ın redaksiyasına göndərərək, redaksiyamızdan şikayətdə ehtiva olunan problemin ictimailəşdirilməsini xahiş etmişlər.
Vətəndaşlar bildirirlər ki, dövlətimizin və onun rəhbərliyinin daxili və xarici siyasətini dəstəkləyirlər.Şikayətləri isə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Hamarqışlaq inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərli barəsindədir. Qeyd edirlər ki, 20 ildən artıqdır ki, həmin rəhbər vəzifədə işləyən Mədət Nəzərli gördüyü bütün işlərdə dövlətin, xalqın deyil, yalnız öz şəxsi maraqlarına xidmət etməklə məşğuldur. Belə ki, o, Qarağac kəndinin inkişaf fönduna aid olan torpaq sahələrini satmaqla kifayətlənmir, eyni zamanda kənd sakinlərinin örüş otlaqlarını da bəzi imkanlı şəxslərə satır. Xahiş edirlər ki, kəndin ərazisi Mədət Nəzərlinin işğalından azad olunsun.
Kəndlilər redaksiyaya təqdim etdikləri ərizəyə həmçinin torpaqların icra nümayəndəsi ilə sövdələşmiş kənar şəxslər tərəfindən məftil toru ilə hasarlandığını, qoyunların otarıldığını əks etdirən foto-video materiallar da əlavə etmişlər.
Qeyd edək ki,Hamarqışlaq inzibati ərazi vahidinə aid olan Qarağac kəndi dağətəyi düzənlikdə yerləşir. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik və heyvandarlıq təşkil edir.
Mədət Nəzərliyə gəlincə, onun haqqında əvvəllər də şikayətlər yayılıb. Xəlilli kənd sakini Məmmədov Əlikram Etibar oğlu 2014-ci ildə evinin yaxınlığındakı ərazidə su quyusu qazıbmış. Həmin vaxt oraya gələn icra nümayəndəsi Mədət Nəzərov ona bildirib ki, istəyirsə elə o ərazini ona satsın. Həmin vaxt Əlikramın imkanı olmadığına görə torpağı almaq üçün pul verə bilməyib. Su quyusundan isə onunla bərabər qonşuluqdakı 15 ailə də istifadə edib. 2018-ci ildə isə məlum olub ki, Əlikramın min bir əziyyətlə qazdığı və 4 il qoruduğu quyunun ərazisini Mədət 900 manata başqa adama satıb. Əlikram bunu biləndən sonra xahiş edib ki, heç olmasa quyuya toxunmasınlar. Bu məsələ ilə bağlı informasiyalar, Əlikramın özünün ifadələri internet resurslarında hələ də qalmaqdadır:“Mədət Nəzərov bildirdi ki, istəyirsənsə, satdığım adamın pulunu geri qaytarım. Amma bir şərtlə ki, mənə 1200 manat verəcəksən (kişinin oğlu əsl biznesmen kimi davaranıb). Hətta, istəsən lap ətrafdakı yerləri də sənə sata bilərəm. İmkanın olmadığına görə bununla razılaşa bilmədim. Sadəcə bir daha xahiş etdim ki, ətrafı satırsan lap yaxşı, heç olmasa quyu olan yeri satma. Nəhayət, razılaşdı və quyu yerləşən ərazini mənə satmaq şərti ilə saxladı. Sonra mən də borc-xərc edib 1200 manat pulu düzəldib verdim kəndimizin “sahibi”nə. O da öz növbəsində bildirdi ki, yaxın vaxtlarda sənədlərini hazır edəcəm. Ancaq sənədi vermək əvəzinə məni uzun müddət get-gələ saldı. Torpağın alqı-satqısı rəsmiləşmədiyindən mən ərazidə demək olar ki, heç bir iş apara bilmədim. Növbəti dəfə verdiyim pulun müqabilində sənədləri tələb edəndə Mədət Nəzərov mənə dedi ki, kəndin rəhbəri mənəm, get oranı çəpərlə, qorxma. Kim desə deyərsən ki, quyumun ərazisidir. Mən də ona kimi sənədləri hazır edəcəm. İcra nümayəndəsinin əsl məqsədi mən ərazini çəpərləyəndən sonra ortaya çıxdı. O, mənə bildirdi ki, bəs sənin çəpərə aldığın yer böyükdür. Əlavə pul ödəməlisən. Mən də öz növbəmdə onun diqqətinə çatdırdım ki, sənə verdiyim pula uyğun yeri ölç və sənədləşdir. Maddi imkanım pisdir, əlavə pul verə bilmirəm. Elə komediyaların əsas hissəsi bundan sonra başladı. Eyni soyaddan olan adamları-qohumlarını öyrədərək üstümə hücum təşkil etdi. Guya ki, sakinlər etiraz edir ki, ”bəs sən bu ərazini niyə zəbt etmisən, bura otlaq sahəsidir”. 30 nəfərə yaxın adam məni döymək məqsədi ilə üstümə gəldi və məni təhqir etdilər. Məhz Mədət Nəzərovun razılığı ilə çəkdiyim çəpəri sökdülər. Həmin gün hadisə yerinə gələn polis əməkdaşları bu haqsızlığın canlı şahidi oldular. Mən heç bir reaksiya vermədim, hüquqdankənar addımlar atmadım. Hətta həyat yoldaşıma qarşı kobud ifadələr işlətdi ki, mən ona əl qaldırım. Lakin mən ona bildirdim ki, sənin bu əməllərinlə bağlı hüquqi addımlar atacağam. Kəndi talamaqla, saxta sənədlər hazırlamaqla, torpaq alveri etməklə bizi cana yığan bu şəxs açıq şəkildə bəyan edir ki, siz mənə heç nə edə bilmərsiniz”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024