Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (11-12-2014, 13:10)
Sərdar Cəlaloğlu Əli Kərimlini “duelə” çağırdı

“Jurnalistlərini yığ, gəl”

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlini debata çağırıb.
Mediatv.AZ xəbər verir ki, bu barədə publika.az-a açıqlama verən ADP sədri debatın Əli Kərimliyə yaxın “Azadlıq” qəzetində keçirilməsi ilə də razı olduğunu bildirib: “Qoy, Əli Kərimlinin saxta adlar altında söyüş söyən jurnalistləri ikimizə də suallar ünvanlasın. Əli Kərimliyə yumşaq suallar versinlər. Məni də özlərinin təbirincə “ifşa” etsinlər. Hər şey xalqın qarşısında olsun və kimin doğru, kimin yanlış olduğu ortaya çıxsın. Yoxsa başqa adlar altında insanların arxasınca danışmaq doğru deyil. Əli Kərimli onlara 3-5 manat pul verib kompüterin qabağında otuzdurub, hər birinə 10 dənə saxta profil açıb müxtəlif adlar altında söyüş söydürür. Özü ilə bağlı piar kampaniyası aparıb müsbət rəy formalaşdırmağa çalışır. Onlar da pul qazanmaq, yaşamaq istəyirlər. Buna görə onları başa düşürəm. Amma hər şey xalqın gözü qarşısında baş versə, həqiqət ortaya çıxacaq”.
 S. Cəlaloğlu keçmiş müavini Nurəddin Məmmədlini onun haqqında dediklərinə də münasibət bildirib.
“Bəzi insanlara görə həqiqət mənsubiyyətlə bağlıdır. Kimin yanındadırlarsa, oranı həqiqət hesab edirlər. Yəni həqiqətə münasibətdə neytrallığı saxlaya bilmirlər. Qurani-Kərimin Maydə surəsində belə bir ayə var: öz əleyhinə olsa belə Allahın ədalətini bərpa etmək üçün şahidlik et. Bu insanın atasının, anasının əleyhinə çıxıb Allahın ədalətinin bərqərar olması üçün şahidlik etməsi deməkdir. Bəzi insanlar isə şahidliyi yalnız öz maraqlarına görə edir. Allah belə insanları cəzalandıracaq”, - deyə o bildirib.
Qeyd edək ki, vaxtilə ADP-də olmuş, S. Cəlaloğlu həbsdə olarkən Əli Kərimlinin yanına getmiş N. Məmmədli sosial şəbəkələrdə ADP sədrini Hafiz Hacıyevlə müqayisə edib: “Əvvəllər Sərdar Cəlaloğlunun dedikləri mötəbər məzmun daşıyırdı. Bu gün Sərdar Cəlaloğlu Hafiz Hacıyevin savadlı variantıdır. Daim təriflənən, hər yerdə hörmətli insan kimi qəbul edilən bu adam, indi qınaq obyektidir. Ona görə də ciddi kompleksləri formalaşıb. Hamıya düşmən kimi yanaşır. Qurani-Kərimdə səhv axtarır, Füzulini, Babəki, Səməd Vurğunu düşmən elan edir. Tərk etdiyi camiədə ləyaqət hissini qoruyub saxlayan, getdiyi yola sadiq olanlara qənim kəsilib, satqınlığı təbliğ edir. Vaxtı ilə YAP-in zirvəsində oturanları təhqir edən bu adam, indi YAP-ın süpürgəçisi ilə bir yerdə oturub Azərbaycanın problemlərini müzakirə etmək üçün dəridən, qabıqdan çıxır. Bir sözlə Sərdar Cəlaloğlu Azərbaycan xalqı üçün itirilmiş adamdır. Onun dedikləri vicdanlı insanların ürəyini bulandıra bilər, vəssalam. Amma nəyisə dəyişdirə bilməz. Ona görə də, ciddiyə alıb baş qoşmağa ehtiyac görmürəm”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024