Karusel / Redaktor seçimi (Bu gün, 16:56)
TƏBİB-də səhv kadr siyasəti: SƏHİYYƏ SİSTEMİNİ İFLİC EDƏN TƏYİNATLAR
Son illər səhiyyə sahəsində aparılan islahatların mərkəzində dayanan TƏBİB-in kadr siyasəti ciddi suallar doğurur. Məqsəd şəffaflıq, peşəkarlıq və xidmət keyfiyyətinin yüksəldilməsi olsa da, reallıqda baş verənlər bunun tam əksini göstərir.
Mediatv.az-ın redaksiyasına daxil olan məlumatlar və apardığımız araşdırmalar göstərir ki, TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrində peşəkarlıq yox, yaxınlıq və loyalıq əsas meyar kimi götürülür. İllərlə bu sahədə çalışan, ixtisaslı və təcrübəli həkimlər kənarda saxlanılır, onların yerinə isə idarəetmə təcrübəsi olmayan, tibblə əlaqəsi zəif şəxslər rəhbər vəzifələrə gətirilir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bəzi vəzifələrə təyin olunan şəxslərin nə müvafiq ixtisası, nə də sahə üzrə real iş təcrübəsi var. Bu isə təkcə idarəçilik problemi deyil, birbaşa vətəndaşların sağlamlığına yönəlmiş təhlükədir. Çünki səhv qərarlar, düzgün qurulmayan iş prosesi, məsuliyyətsiz yanaşma sonda həkim–pasiyent münasibətlərində gərginlik yaradır və tibbi xidmətin keyfiyyətini aşağı salır.Xüsusilə ayrı-ayrı həkimlərin təhsil və əmək fəaliyyətində müşahidə olunan zaman, məkan və status uyğunsuzluqları bu siyasətin ciddi boşluqlarla müşayiət olunduğunu göstərir.Belələrindən biri də Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevdir.
Natıq Əliyevin rəsmi tərcümeyi-halında göstərilən təhsil və əmək fəaliyyəti illəri ciddi suallar doğurur. Sənədlərə əsasən, o, 2013–2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018–2022-ci illərdə isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb.
Eyni zamanda bildirilir ki, Natıq Əliyev:
- 2019–2020-ci illərdə Türkiyənin *“Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”*ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində,
- 2020–2022-ci illərdə isə *“Marmara Üniversitesi”*ndə təhsilini davam etdirib.
Rezidentura təhsili Azərbaycanda davam edərkən, eyni vaxtda Türkiyədə iki ayrı universitet və klinikada necə təhsil almaq mümkündür?
Məsələ bununla da bitmir. Daha əvvəl açıqlanan məlumatlara görə, Natıq Əliyev:
- 2018–2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant,
- 2021–2022-ci illərdə həmin qurumda sanitar həkim,
- 2020–2022-ci illərdə isə Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist kimi çalışıb.
- Naxçıvanda dövlət tibb müəssisəsində işləyib,
- Bakıda xəstəxanada həkim kimi fəaliyyət göstərib,
- Paralel şəkildə Türkiyədə iki ayrı universitetdə təhsil alıb,
- Üstəlik Azərbaycanda rezidentura keçib.
Natıq Əliyev faktiki olaraq harada olub – Naxçıvanda, Bakıda, yoxsa Türkiyədə?
Onun adı bəzi müəssisələrdə sadəcə ştat cədvəlində saxlanılıbmı?
Yoxsa diplom, rezidentura və iş stajı “kağız üzərində” formalaşdırılıb?
Xüsusilə qeyd edilməlidir ki, söhbət pandemiya dövrünü əhatə edən illərdən gedir. Həmin vaxt infeksionist həkimlərin hər gün fiziki iştirakı, növbələri və real xidməti həyati əhəmiyyət daşıyırdı. Belə bir dövrdə bir həkimin eyni vaxtda üç ölkə, bir neçə şəhər və müxtəlif statuslarda fəaliyyətdə olması inandırıcı görünmür.Mediatv.az-a daxil olan məlumata görə Natiq Əliyevin resdentura təhsili yoxdur.Rezidentura təhsili olmamaq natamam ali təhsil sayılır və belə şəxsin direktor kimi fəaliyyət göstərməsi müvafiq qanunvericiliklə ziddiyət təşkil edir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də ali təhsil və rezidentura üzrə səlahiyyətli qurumlar aydınlıq gətirməlidir:
- Bu təhsil və iş dövrləri hansı sənədlərlə təsdiqlənib?
- Davamiyyət, ezamiyyət və ya distant əsaslar varmı?
- Dövlət büdcəsindən ödənilən əməkhaqları real işə uyğun olubmu?
Bir həkim eyni vaxtda bu qədər yerdədirsə, bəs real məsuliyyəti kim daşıyıb?
- Bu həkimlərin işə qəbulu hansı əsaslarla aparılıb?
- Rezidentura, xarici təhsil və paralel əmək fəaliyyəti necə uzlaşdırılıb?
- TƏBİB bu ziddiyyətləri bilə-biləmi görməzdən gəlib?
Araşdırmamaız davam edir...
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025






















