Siyasət / Slayd (19-08-2014, 18:30)
”Müxalifətin siyasi məsuliyyəti yoxdur”
Sərdar Cəlaloğlu: “Müxalifət daxilində gedən didişmələrin əsas səbəbi siyasi nailiyyətsizlikdir”
Bir sıra müxalifət partiyaları arasında uzun müddətdir səngiməyən ziddiyyətlər bu dəfə fərqli müstəvidə təzahür edib.
Müxtəlif ittihamlar üzrə barələrində həbs-qətimkan tədbiri seçilən bəzi QHT rəhbərlərinin hüquqlarının müdafiəsinə yönəlik addımlar müxalifət düşərgəsində mövcud olan qarşıdurmanı növbəti dəfə üzə çıxarıb.
Bəlli oldu ki, həmin partiyalar hətta bu məsələdə də nəinki birgə qərarlar qəbul etməyi, hətta eyni masa ətrafında əyləşməyi belə özlərinə rəva görmürlər.
Bu fonda isə Demokrat və Xalq Cəbhəsi (AXCP) partiyaları arasında vüsət alan qarşıdurma diqqəti daha çox cəlb edir. ADP sədri Sərdar Cəlaloğlunun həbsdəki QHT rəhbərləri ilə bağlı keçirilən tədbirə AXCP sədri Əli Kərimlinin qatılmamasını tənqid etməsindən sonra sonuncu nəzarətində olan media resurslarını bütünlüklə ona qarşı yönəldib.
Bəhs olunan mövzunu Gün.Az-a dəyərləndirən ADP sədri Sərdar Cəlaloğlu müxalifət daxilində qarşıdurmaların yaranmasını bəzi həmkarlarının məsələlərə elmi cəhətdən yanaşmaq qabiliyyətinin olmaması ilə izah edib:
“Açığı, nə dediyiniz partiya, nə də başqa bir təşkilatla aramızda hər hansı gərginliyin yaranmasında maraqlı deyilik.
Həmin toplantıların birində dedim ki, o adamlar niyə burada iştirak edib müdafiə aksiyasına qatılmırlar? Onlar isə mənim bu marağımı öz bildikləri kimi başa düşərək yersiz və əsassız kampaniyaya başlayılar.
İndi danışıram və yenə də hər hansı ad çəkməyə ehtiyac görmürəm – çünki doğrudan da, belə qarşıdurmanın olduğunu istəmirik.
Digər tərəfdən, bizə qarşı olan hücumların səbəbi də mənə aydındır. Yəni iyirmi ildir ki, müxalifət daxilində gərginlik yaradan, qurulan birliklərin dağılmasına bais olan, düşərgənin bir araya gəlməsinə maneçilik törədənlər də, onların düşüncələri də dəyişməyib.
Onların yanaşmasına görə, öz siyasi uğursuzluqlarını ört-basdır etməyin ən yaxşı yolu başqalarını hədəfə almaqdır. Yəni müxalifət daxilində gedən didişmələrin əsas səbəbi siyasi nailiyyətsizlikdir.
Təəssüf ki, müxalifətdəkilərin əksəriyyəti bu məsələlərə elmi cəhətdən yanaşa bilmirlər. Əslində, isə bütün bu uğursuzluqların elmi izahı olsa da, buna əhəmiyyət verən yoxdur”.
S.Cəlaloğlu ADP ilə AXCP arasında gərginliyin avam etdiyi şəraitdə Ə.Kərimli ilə hər hansı təmasının olmadığını deyib:
“Yox, onunla heç bir təmasımız olmayıb. Ümumiyyətlə, heab edirəm ki, belə bir təmasın nə mənə, nə ona, nə də başqa kiməsə faydası ola bilər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024