Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-05-2014, 10:59)
Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

 

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti alınıb 

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar verib. 

Mediatv.az

xəbər verir ki, bu barədə teleqraf.com -a Nazirlər Kabinetindən məlumat verilib. Qərara edilən dəyişiklik iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarətlə bağlıdır.

 Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək.

İndiyə qədər bu funksiya Nəqliyyat Nazirliyində idi. Bu işlə nazirliyin Nəqliyyat Müfəttişliyi məşğul olurdu. Bununla son 20 gündə nəqliyyat naziri Ziya Məmmədov ikinci funksiyasını itirdi. 20 gün öncə Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Bu qərarla paytaxtda sərnişin daşınmasının təşkili Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilib. 

İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi. Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti BŞİH-nin nəzarətinə keçdi. Bununla Ziya Məmmədovun daha bir maliyyə qaynağı qapadılıb. Bir qədər öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilmişdi. Qısa müddət ərzində Ziya Məmmədov iki böyük maliyyə qaynağından rəsmən məhrum edilib. 

Nazirliyin əsas müəssisəsi olan “Azəryolservis” ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb. Düzdür, formal olaraq ASC-nin səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsusdur. Vaxtilə ASC Z.Məmmədovun əsas maliyyə qaynağı sayılırdı. Yol tikinti və təmirinə ayrılan dövlət investisiyalarını “Azəryolservis” nəzarət edir. Yeri gəlmişkən, son 8 ildə “Azəryolservisə” 7 milyard manat, bu il isə 1,3 milyard manat ayrılıb. İndi bu nəhəng pulların xərclənməsinə nəzarət Ziya Məmmədovdan alınıb.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024