Siyasət (27-05-2016, 13:13)
Razi Nurullayevdən sərt bəyanat: “Qanun qarşısında cavab verəcəklər”
“Hər zaman ölüm hökmünün əleyhinə olmuşam. Hər zaman insan şəxsiyyətinin alçaldılmasına və təhqir olunmasına qarşı dayanmışam. Amma, bu ölkədə sayıla biləcək qədər nadürüst, tərbiyəsiz, alçaq və yaramaz var ki, onlar cəzasını almalıdır. Bununla bağlı hərəkətə keçəcəyimi deyirəm. Təbii ki, hüquqi müstəvidə. Məsləhətləşdim. Bir iki nadürüst var ki, onların indiyə kimi yığdığımız təhqir skrinşotları ilə həbsə girmələri an məsələsidir. Yolları cəhənnəmə kimidir”.
Mediatv.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.
AXCP sədri bildirib ki, bir qrup insan siyasi mübarizəni əxlaq çərçivəsində aparmayaraq təhqiri davam etdirir: “Onların indiyə kimi yığdığımız təhqir skrinşotları ilə həbsə girmələri an məsələsidir. Yolları cəhənnəmə kimidir. Kim təhqir edəcəksə, cəzasını alacaq. Yazdıqları və səhifələrində saxladıqları təhqirlər onların öz əzizlərinə gedir, şübhəsiz. Normal insan belə danışmaz və belə məsələlərə şərait yaratmaz. Bu cür nadürüst alçaqlar, şeytanlar, yaramaz və ifritlər cəmiyyətə mikrob salır. Azərbaycan cəmiyyətinin təmizlənməsi üçün bu mikrobların təmizlənməsi vacibdir. Bəlkə də bu ölkədə bir illik diktatura yaradıb, yaramazların hamısını təmizləmək lazımdır ki, cəmiyyət özünə gəlsin”.
Razi Nurullayev qeyd edib ki, məsələ ilə hüquq-mühafizə orqanlarına müraciət və ərizə hazırlanır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024