Hadisə (Bu gün, 17:56)
Ağstafada canavarlar fermerin 50 qoyununu tələf edib - FOTOLAR

Aprelin 24-nə keçən gecə Ağstafa rayonunun Tatlı kəndində heyvandarlıqla məşğul olan Məmmədov Elsevər Ələsgər oğluna məxsus fermaya canavarlar hücum edib. Təsərrüfatda olan 80-nə yaxın xırdabuynuzlu heyvanın 50 başını qurdlar tələf edib. Yırtıcılar cəmi 3 baş qoyunu tam yesələr də, qalanlarını ya öldürüb, ya da yaralayıblar.
Külli miqdarda ziyana düşən Elsevər Məmmədov əlaqədar qurumlara ünvanlı video-müraciət yayaraq kəndin başqa sakinlərinin və ev heyvanlarının eyni təhlükədən qorunması üçün canavarları zərərsizləşdirməyin vacibliyini vurğulayır. O, eyni zamanda çəkdiyi zərərin heç olmasa bir qismini qarşılamaq üçün hansı hökumət strukturuna üz tutmalı olduğunu bilmədiyini deyir.
Azərbaycanın bəzi bölgələrində canavarların populyasiyasının artımı müşahidə olunur. Başqa tərəfdən, qurdların təbiətdə ovlayacağı digər heyvanlar azalır. O üzdən canavarların mal-qaraya, hətta insanlara hücum etməsi hallarının artması müşahidə olunur.
Xatırladaq ki, artıq bəzi ölkələrdə, məsələn, Almaniyanın Bavariya Federal əyalətində canavarları otyeyən heyvanlara (iribuynuzlu və xırdabuynuzlu mal-qaraya, ev donuzlarına və s.) hücum edəcəyi təqdirdə güllələməyə icazə verən qanun qəbul edilib. Azərbaycanda isə canavarın ovlanması birmənalı şəkildə qadağandır. Ancaq əgər canavar insan həyatına bilavasitə təhlükə törədirsə, təqib etmədən onu vura bilər. Belə olan halda da yenə şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli, mütəxəssislər gəlib baxmalıdır ki, bu onu doğrudan da təqiblə yox, üzərinə hücum etdiyi üçün vurub. Belə olan halda mövcud olan cəza qanunu həmin şəxsə tətbiq edilmir.
Bütün bu qeyd olunanlar əlbəttə ki, Elsevər Məmmədovun heyvanlarını geri qaytarmayacaq. Ətraf mühit qanunvericiliyində hansısa vəhşi heyvanın sahibkara zərər vurmasına görə kompensasiya ödənilməsi məsələsi yoxdur.
Azərbaycanda təsərrüfatların belə hallardan qorunması üçün aqrar sığorta mexanizmi mövcuddur. Elsevər Məmmədovun heyvanları isə sığortalanmayıb.









İsmayıl Əsgərov

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025