Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Dünən, 19:15)
Mənimsəmədə ittiham olunan sabiq direktora hökm oxundu - Şərti cəza verilib

bitmap-img6



Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittiham olunan sabiq direktoru Emin Hüseynin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report”un məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, ona bir il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib.

İttihama görə, Emin Hüseyn Qobustan və Şamaxı rayonlarının Mərkəzi xəstəxanalarında direktor vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatları daxil edib. O, bu yolla dövlət büdcəsindən həmin xəstəxanalara ayrılmış pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilib.

İttihamda qeyd olunub ki, o, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyərkən xəstəxananın kompüter və periferiya avadanlıqlarının təmiri və texniki qulluq xidmətlərinin göstərilməsi ilə bağlı ayrılan vəsaiti, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində işləyərkən xəstəxananın təmiri üçün ayrılmış pulun bir qismini, sözügedən xəstəxanaya dərman vasitələrinin alınmasına görə təyin olunan pulu və digər təyinatlarla ayrılmış vəsaitləri mənimsəyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Məhkəmə materiallarına əsasən, o, mənimsənilən məbləğlərin müəyyən hissəsini dövlət büdcəsinə geri qaytarıb.

Emin Hüseyn ifadəsində hazırda “Batı Göz” klinikasında baş həkim vəzifəsində işlədiyini bildirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025