Əgər söhbət insanlarımızın sağlamlığından və bəzi hallarda həyatlarından gedirsə, bu kimi məsələlərə dırnaqarası yanaşmaq lazım deyil və aşkarlanan hər bir nöqsan üzrə ciddi cəza siyasəti yürüdülməlidir.

Biz isə həmin faktları ictimailəşdirməkdə davam edəcəyik. Bu dəfə isə narazılığa səbəb olan "adı dillər əzbəri" "Nur" firmasının çörəkləridir.
Cavid Dadaşov adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupunda sözügedən şirkətə aid çörək mçəshulununyanmış və kifli vəziyyətdə olmasından giley edir.

Narazı vətəndaş yazır: " "Nur" çörək... Alanda baxmadim.... Satıcı "klyok"a qoydu, verdi....
Bu da tərifi göylərə qalxan "Nur"...".(Dia-az)