Siyasət (24-05-2016, 11:45)
Razi Nurullayev: "Hər iki gəncin üzərindən saxta ittihamları götürülməlidir"
“NİDA üzvləri Bayram Məmmədov və Qiyasəddin İbrahimovun dörd ay müddətinə həbsə atılması bütöv Azərbaycanda qeyz doğurub. Onların etdikləri xuliqanlıq hərəkətidir və cəzaları da maksimum 30 sutka həbs ola bilərdi. İki cavan ömrü həbsxanada çürütmək yolverilməzdir”.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri yeni yaradılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi urullayev NİDA üzvləri Bayram Məmmədov və Qiyasəddin İbrahimovun həbslərinə münasibət bildirərkən deyib.
AXCP sədri məsələyə biraz da ironik yanaşaraq qeyd edib ki, nə çilədirsə, hərəkata qoşulanlar, siyasi fəallıq göstərənlər və hakimiyyəti tənqid edənlər narkomaniyaya qurşanırlar:
“Bu gün, dünyada yüz minlərlə insan var ki, dissertasiya mövzusu axtarışındadır. Bütün dünya üçün Azərbaycanın siyasi fəallarının narkomaniyaya qurşanması fenomeni üzrə yüzlərlə dissertasiya işi müdafiə edilə bilər. Bəlkə, bu fenomenin kökünü qazıyıb, çıxış yolunu göstərənlər Nobel mükafatı da ala bilər.
Hər zaman demişik və yenə də deyirik. Təhqir, aşağılama və insan heysiyyatına toxunacaq kobud davranış yolverilməzdir. İstər bunu müxalifətin siyasi fəalı, istərsə də siyasi hakimiyyətin məmurları etsin. İnsan şəxsiyyətinə hörmət etmək, hörmət görmək deməkdir. Amma, insanlara şər atmaq, etmədikləri cinayət üzrə onları həbsə atmaq çox üzücüdür və siyasi qruplar arasında uçurumu dərinləşdirir, cəmiyyətdə çox böyük siyasi bölücülük yaradır”.
“Mən də inanıram ki, Bayram Məmmədov və Qiyas İbrahimov narkotika aludəçisi, nə də onlar kiloqramlarla heroin satan deyillər”
Razi Nurullayev bildirib ki, hər iki gəncin həyat tərzi onların şərləndiyini bir daha sübut edir:
“Zatən, onların ailə üzvləri və yaşayış tərzləri artıq ictimaiyyətə təqdim olunub. İnsan ürək ağrısız baxa bilmir. Bu o gənclərin valideynlərinə qarşı böyük ədalətsizlikdir. Siyasi hakimiyyəti Bayram Məmmədovun və Qiyas İbrahimovun üzərindən saxta itihamları götürməyə və pozulan hüquqlarını bərpa etməyə çağırıram. 22 yaşlı və 48 kilo çəkisi olan Qiyasın anasının göz yaşına dəyərmi? Bütün dünya o göz yaşına dəyməz!”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024