Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-09-2014, 14:41)
“AXCP heç vaxt Müsavata qarşı kinli olmayıb”

AXCP sədrinin müavini Razi Nurullayev Müsavat Partiyasının sentyabrın 27-nə planlaşdırdığı qurultayla bağlı “Qafqazinfo”ya açıqlama verib

 

R.Nurullayev bildirib ki, Müsavatda hansı namizədin daha şanslı olması ilə bağlı proqnozu var: “Müsavat Partiyasının qurultayı daxili işləridir. AXCP heç vaxt onların qurultayına qarışa, bununla bağlı heç bir fikir səsləndirə bilməz. Sadəcə, Müsavata uğurlar arzu edirik. Müsavat Partiyası çoxdandır ki, qurultaya hazırlaşır. Bir neçə dəfə də təxirə salınıb. Ümid var ki, bu il dedikləri vaxtda qurultay keçiriləcək. Belə görünür İsa Qəmbər də partiyanın başqanlığından gedəcək. Müxtəlif namizədlər var. Hansı daha uğurlu kampaniya aparsa, o da seçilər. Kimin sədr seçilməsinə partiya qarışa bilməz. Kimin daha çox şanslı namizəd olması ilə bağlı öz fikirlərim var. Ad çəksəm siyasi təhlilçidən daha çox siyasi statusum qabardılacaq. Bu da AXCP-nin mövqeyi kimi veriləcək. Bu baxımdan nəzərdə tutduğum adı deyə bilmirəm. Amma təbii ki, orada şanslı insanlar var”. 
AXCP sədrinin müavini hazırkı namizədləri nəzərə almaqla qurultaydan sonra Müsavatla münasibətlərindən gözləntilərini açıqlayıb: “Bu, Müsavatın siyasətindən asılı olacaq. AXCP heç vaxt Müsavata qarşı kinli olmayıb. Müsavata qardaş kimi münasibət bəsləyib. Milli Şuradan sonrakı məsələlərdə partiyalar arasındakı münasibət korlandı. Biz hesab edirik ki, Müsavat bir çox məsələlərdə daha kəskin olmalı, daha aydın mövqe sərgiləməlidir. Bunlara əsaslanıb gələcəkdə münasibətlərin necə olduğunu da demək olmaz. Yeni sədrin hansı taktikalar seçəcəyi, necə işləyəcəyi həmin zaman müzakirə oluna bilər”. 
Razi Nurullayev bildirib ki, AXCP-nin Müsavatın qurultayında iştirak edib-etməyəcəyi bəlli deyil: “Bununla bağlı mən bir söz deyə bilmərəm. Partiyanın Rəyasət Heyəti qərar qəbul edəcək. Bu, mənim səlahiyyətimdə deyil”. 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024