Karusel (Bu gün, 13:49)
Eldar Əzizovla Yasin Molanovu nə bağlayır?

Tribunainfo.az xəbər verir ki, merin belə təklif irəli sürməsini qınayanların səsi insanların qulağından getməmiş, yeni bir tenderin nəticələri açıqlanıb.
Belə ki, BŞİH-in tabeliyində olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi işıqlandırma üçün materialların satınalınmasını reallaşdırıb. Məlumata görə, tenderin qalibi “İNTERKABEL” firması olub. Müqavilənin dəyəri isə 2 milyon 670 min 677 manat təşkil edib.
Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, BŞİH ilə “İnterkabel” firması arasında bu tip anlaşma ilk deyil. Hələ ötən ilin iyununda da tərəflər arasında tender razılaşması olub. Açıq mənbələrdə qeyd edilir ki, 25.06.2024-cü ildə tərəflər işıqlandırma üçün lazımı mal-materialların satın alınmasına razılaşıblar. Bunun üçün Bakı meriyası firmaya 2 milyon 476 min 318 manat pul ödəyib. Yəni cəmi 10 ay fasilə ilə BŞİH “İnterkabel”dən 5 milyon 100 minlik mal-material alıb.
“İnterkabel” firmasının ötən il ərazində keçirdiyi tenderlərlə də bağlı maraqlı məqamlar var. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı bəlli olub ki, firma ötən il 8 tenderin qalibi olub. Bu tenderlər üzrə müqavilələrin toplam dəyəri 8 milyon 490 min manat təşkil edib.
Bu tenderlər əsasən BŞİH, Bakı Metropoliteni və Sumqayıt İcra Hakimiyyətini, habelə Gəncə şəhərini əhatə edib. Belə ki, “Bakı Metropoliteni” QSC ötən il “İnterkabel” firmasından üç dəfə müxtəlif mal və material alıb. Bu tenderlərin dəyəri isə 2 milyon 100 min manatdan bir qədər çox olub.
İkinci sırada Sumqayıt İcra Hakimiyyətinin tabeliyində olan Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi gəlir. “İnterkabel” firması bu quruma üç dəfə mal və material satıb. Həmin satış üzrə isə tərəflər arasında 1 milyon 862 min 185 manat dəyərində müqavilə bağlanılıb.
Bu sırada Gəncə də yaddan çıxmayıb. Belə ki, Gəncə MKTİB də “İnterkabel”lə anlaşıb. Elektrik mal-materiallarının və avadanlıqların satınalınmasına görə, bu şirkətə 2 milyon 52 min 118 manat ödənilib.
İşin ilginc tərəfi odur ki, “İnterkabel” firması “Bakı metropolitan”I çıxmaq şərti ilə, o şəhərlərin Icra Hakimiyyətlərinin tenderlərini udub ki, onların hamısına Eldar Əzizov başçılıq edib. O, Gəncənin, ardından Sumqayıtın və yekunda Bakının meri təyin edilib. Elə bu da “İnterkabel” firması ilə icra başçısı arasında hansısa əlaqələrin olması barədə şübhələrə yol açıb.
“İnterkabel” firması 16 sentyabr 1997-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. Firmanın qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025