Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-03-2016, 16:36)
AXCP funksioneri: “Saxta profillərlə təhqir kampaniyası aparırlar”

 

bitmap-img6

 

“Sosial şəbəkələrdə saxta profillərlə mənə qarşı təhqirləri davam etdirirlər”

 

Mediatv.az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin funksioneri Rafiq Daşdəmirli Əli Kərimlinin rəhbərlik etdiyi AXCP ilə münasibətlərdən danışarkən deyib.
Onun sözlərinə görə, siyasi mübarizənin şəxsi münasibətlərə təsiri olmamalıdır: “Bu, siyasi mübarizədir və biz mübarizə aparırıq. Əlbəttə, qeydiyyat məsələsindən sonra hər şeyə aydınlıq gələcək. Amma üç-dörd nəfər var ki, sosial şəbəkələrdə mənə qarşı təhqiri davam etdirir. Biz də çalışırıq ki, onlara cavab verməyək. Bu, siyasi mübarizədir və məncə, təhqirə təhqirlə cavab vermək bizə yaraşmaz. Əvvəlki dövrlə müqayisədə indi o qədər  təhqir müşahidə olunmur. Amma bəzən saxta profillərlə təhqirləri davam etdirirlər. Biz də bütün strukturlara demişik ki, belə hallarda səbirli olsunlar və təhqirə reaksiya göstərməsinlər”.
 
R. Daşdəmirli qeyd edib ki, indiyə qədər də Əli Kərimlinin yanından onların yanına gələnlər var: “Lakin bizim yanımızdan ora gedənlər yoxdur. Əsas məqsədimiz rayon təşkilatlarının fəaliyyətinin artırılması, aktivliyin nümayiş etdirilməsidir. Buna nail olmaq üçün müəyyən addımlarımız və qərarlarımız olur. Çoxlu sayda insan sıralarımıza qoşulur. Gələnlər kifayət qədərdir. Hər ay rayon şöbələrimizə azı 10 nəfər üzv qəbul edirik”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024