Karusel (Bu gün, 13:36)
Nazirlikdən Gül Əliyeva açıqlaması: Həkim deyil!

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən “Gül Əliyeva” adı ilə tanınan Gülsüm Əliyevanın tibbi təhsilə malik olmadan VMR Klinikasında estetik əməliyyatlar aparması ilə bağlı bildirilib.
“Sözügedən “VMR Klinika” adlı müəssisə lisenziyaya malik deyil. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları artıq iki dəfə (Gəncə və Bakı filialları) bu gözəllik mərkəzində şikayətlər əsasında plandankənar yoxlama aparıb və aşkar edilən inzibati xəta ilə əlaqədar barələrində inzibati tənbeh tədbiri seçilib. Tərtib edilən inzibati xəta haqqında protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib.
Mövcud qanunvericiliyə əsasən, səlahiyyətlərimiz çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) inzibati tədbirlər həyata keçirilir. Tibb təhsili olmadan praktik tibb fəaliyyətinin göstərilməsi cinayət əməlidir və hüquq-mühafizə orqanlarının nəzarət predmetidir.
Əgər faktlar aşkarlanarsa, məsələ işçi qrupu tərəfindən ararşdırılacaq, lazım gələrsə, yenidən yoxlama aparılaraq qanunvericiliyin imkan verdiyi səlahiyyətlərimiz çərçivəsində müvafiq addımlar atılacaq”, - məlumatda qeyd edilib.
Mərkəzdən 2024-cü ildə kosmetoloji xidmət göstərən 30 özəl tibb müəssisəsinin 16-da qanun pozuntuları aşkar olunduğu da vurğulanıb:
“2025-ci ilin ilk üç ayı ərzində isə 15 müəssisədə yoxlama aparılıb və onların hamısında nöqsanlar müəyyən edilib. Bu hallarda əsasən İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.1 və 215.4-cü maddələri üzrə protokollar tərtib olunub”.
Qeyd edək ki, jurnalist Qənirə Ataşova Gülsüm Əliyevanın Gəncədə fəaliyyət göstərən VMR klinikasında liposaksiya əməliyyatı aparan zaman Gülbəniz Bayramova adlı şəxsin öldüyü barədə məlumat yaymışdı.
VMR klinikasının rəhbəri Vüsal Hüseynov (həmçinin Gülsüm Əliyevanın həyat yoldaşıdır) bu iddialara cavab olaraq öz sosial şəbəkəsində paylaşım edərək, Qənirə Ataşovanı təhqir etmişdi.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025
24 04 2025