Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-05-2016, 11:16)
"Nəticədən asılı olmayaraq, üstünlük Azərbaycanındır" - Millət vəkili

 

 

“Əslində, Ermənistanda bataqlıq effekti yaranıb. Düşmən ölkənin etdiyi istənilən hərəkət onu daha da dərinə çəkir”.

 

Mediatv.az xəbər verir ki, bu fikirləri SİA-ya millət vəkili Fərəc Quliyev son dövrlər Ermənistanın ölkəmizə qarşı etdiyi təxribatlardan danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın etdikləri daha çox daxili rəyə hesablanıb: “Hazırda düşmən ölkə bütün sahələrdə mövqeləri uduzub. Buna görə də Ermənistan müxtəlif variantlarla öz daxili auditoriyanı sakitləşdirib, vaxt qazanmaq istəyir. Lakin bunların heç bir mənası yoxdur. Çünki, onlar sərsəm bəyanatlarla nəinki dünyanı, heç əhalisini aldada bilmir. Artıq düşmən ölkədə kütləvi aksiyalar keçirilərək “Qarabağ bizim deyil”, “Niyə bizim övladlarımız həmin torpaqlarda ölməlidir” kimi şüarlarla çıxış edərək etirazlar edirlər”.

Millət vəkilinin fikrincə, Ermənistan rəsmilərinin və digərlərinin nə deməyindən asılı olmayaraq, yeganə yol düşmən ölkənin birmənalı, qeyd-şərtsiz şəkildə Azərbaycan torpaqlarını azad etməsidir: “Çünki, heç bir bəyanat artıq Azərbaycan tərəfindən nəzərə alınmayacaq. Azərbaycan Prezidenti də qəti şəkildə bildirib ki, əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun torpaqlarımızdan. Bilirsiniz ki, aprelin əvvəllərində cəbhədə baş verənlər zamanı qələbənin bir addımlığında ölkəmizdən yenidən danışıqların aparılması xahiş edildi. Hər zaman sülh tərəfdarı olan ölkəmiz burada da ilk addım ataraq, yenidən atəşkəsə razılıq verdi. Əgər bu mərhələdə də Ermənistan geri çəkilib qısa zamanda torpaqlarımızı azad etməsə, ordumuz düşmən ölkənin ordusunu darmadağın edərək, yerində oturdacaq. Aprelin əvvəllərində baş verənlər zamanı başqa ölkələrdə yaşayan azərbaycanlı gənclər müraciət edərək döyüşlərə qatılmaq istədiklərini bildirmişdirlər. Bundan başqa keçmiş döyüşçülər, eləcə də yaşından asılı olmayaraq hər kəs könüllü döyüşmək istədiklərini bildirmişdilər. Lakin Ermənistan tərəfi əsgərlərinin qaçmaması üçün postlar qurmuşdular”.

Prezidentlərin Vyana görüşü haqqında fikirlərini bildirən millət vəkili söyləyib ki, Azərbaycanın dövlət başçısı görüşə ciddi uğurlar əldə etmək üçün gedir: “Artıq həm ordumuz, həm də ölkəmiz məsələ ilə bağlı konkret mövqe ortaya qoyub. Azərbaycan Prezidenti arxasında xalq, yanında güclü ordu, haqq-ədalət, eləcə də BMT-nin 4 qətnaməsi, digər beynəlxalq qərarlar və sonda da aprel döyüşlərində qələbənin bir addımlığında beynəlxalq çağırışlara əməl edib, döyüşü dayandırmaqla problemin dinc yolla həll edilməsinə sadiqliyini göstərməklə Vyanaya gedir. Nəticədən asılı olmayaraq, üstünlük Azərbaycanındır. Bütün görüşlərdə olduğu kimi Azərbaycan Prezidenti bu görüşdə də diplomatik gedişlərlə son sözünü deyəcək”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024