Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-04-2016, 11:35)
Lavrovun Bakı səfərinin sirri, yaxud niyə Rusiya? - ŞƏRH

 

 

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələr beynəlxalq təşkilatları, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən dövlətləri hərəkətə gətirib. 

Mediatv.az xəbər verir ki, cəbhədəki gərgin döyüşlərdən dərhal sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan gələrək ölkə başçısı İlham Əliyevlə görüşüblər. Bugün isə Rusiyanın baş naziri Dimitri Medvedyev Azərbaycana gələcək.

Səfərlər zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağdakı vəziyyət olub. İlkin rəy onu deməyə əsas verir ki, münaqişə hər kəsi narahat edir. 

Diqqət çəkən məqam cəbhədə döyüşlər gedən zaman və atəşkəs razılaşmasından sonrakı bütün proseslərdə Rusiyanın aktiv iştirakıdır. 

Sual olunur: Niyə Rusiya münaqişənin aktiv fazaya keçməsindən bu qədər narahatdır? Yaxud Kremldən gələn son Qarabağ mesajları problemin həllinə ümid verirmi?

Millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, cəbhə xəttində baş verən son hadisələr artıq beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini hərəkətə gətirib. Deputat hesab edir ki, Azərbaycan ordusunun rəşadətli addımları, düşmənə sarsıdıcı zərbələri həm Azərbaycan dövlətinin, həm ordusunun, həm də xalqla hakimiyyətin vəhdət təşkil etdiyini bir daha ortaya qoydu. 

 

“Belə vəziyyət regionda digər oyunçuların da fəaliyyətinə dinamizm verməyə başlayıb. Hesab edirəm ki, Rusiya baş nazisi Dimitri Medvedyevin və xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə bu konteksdə qiymət vermək lazımdır. Rusiya tərəfi münaqişənin müharibəyə çevrilməsi üçün çevik hərəkətə keçdi. Artıq, atəşkəsin əldə olunması barədə razılıq əldə olunub. Hesab edirəm ki, Medvedyevin səfəri zamanı da regiondakı gərginlik, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyət diqqət mərkəzində saxlanılacaq. Hesab edirəm ki, danışıqların gedişatında bir daha belə bir yanaşma həlledici rol oynayacaq. Yəni, münaqişə heç bir halda dondurulmuş münaqişə deyil. İndiyə qədər çoxları məsələyə belə yanaşırdı, danışıqlar da bu konteksdə aparılırdı. Amma, bundan sonra heç kim Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxmayacaq. Eyni zamanda danışıqların gedişatında bir həqiqət də ortaya çıxacaq ki, ordumuz qətiyyətlidir və ərazi bütövlüyümüzün tam bərpasına qədər mübarizə aparmağa qadirdir. Danışıqlar bu konteksdə aparılacaq və bu reallıq danışıqların məzmununu müəyyən edəcək”. 

 

E.Nəsirov, həmçinin vurğulayıb ki, tərəflər arasında əldə olunan atəşkəs barədə razılaşma Ermənistanın davranışlarından və ona beynəlxalq birliyin reaksiyasından asılıdır: “Cəbhədə son günlər baş verənlərdən həm Ermənistan yaxşı dərs aldı, həm də beynəlxalq birlik özü üçün müəyyən nəticələr çıxardı. Ermənilərin atəşkəsi kobud şəkildə pozması, dinc əhalini hədəfə alması bir çox hallarda cavabsız qalırdı. Beynəlxalq birlik Ermənistanın cəzasını vermirdi. Amma, Azərbaycan ordusu ermənilərə lazımı cavabı verdi. Ermənistan bundan nəticə çıxarmalıdır. Azərbaycan prezidenti İlham Əliyev də bunu xüsusi vurğuladı və qeyd etdi ki, bundan sonra bütün məsuliyyət Ermənistanın üzərinə düşür və ordumuz adekvat addımlar atacaq. Bu kifayət qədər ciddi bəyanatdır. Azərbaycan tərəfinin verdiyi bəyanatların real işdə öz təsdiqini tapdığı hər kəsə bəllidir. Ən azı son hadisələr bunu bir daha təsdiqlədi. Bundan aydın ifadələr necə ola bilər? Ermənistan yenidən atəşkəsi pozacaqsa, bütüb məsuliyyət onun üzərinə düşəcək və belə olan vəziyyətdə vasitəçilik missiyasına ehtiyac qalmayacaq. Çünki, onların Ermənistana təsir imkanları vardırsa, nədən yenidən atəşkəsi pozmağa başlayır?Bu suallara isə beynəlxalq birliyin cavabı olmayacaq. Onlar ya cavab verməməli, ya da cavab verib, Ermənistanı cəzalandırmalıdır. Üçüncü variant yoxdur”. 

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan son proseslərdə üzərinə düşən vəzifəni yerinə yetirdi:

“Azərbaycan beynəlxalq aləmə və Ermənistana gücünü göstərdi. Növbə Rusiya və beynəlxalq vasitəçilərindir. Yəni, bizim müzakirə edəcəyimiz bir mövzu var. Ermənistan qeyd-şərtsiz, heç bir şərt irəli sürmədən Dağlıq Qarabağı azad etməlidir. Əgər bunu etməsə, Rusiya da, beynəlxalq alım də gördü ki, biz indiki atəşkəslə razılaşan deyilik. Biz 22 illik tilsimi qırdıq. 22 ildir nəticəsiz danışıqlara dözürdük. Cəbhədəki son hadisələrlə göstərdik ki, biz artıq yorulmuşuq və gücümüzü göstərmək istəyirik. Cəmiyyətdəki ruh yüksəkliyi də beynəlxalq aləmə və Ermənistana mesajdır ki, bundan sonra dayanan deyilik”.

Politiloq hesab edir ki, Dimitri Medvedyev və Sergey Lavrov atəşkəsin davamını istəyirsə, ilk növbədə Ermənistanı 5 rayonu azad etməyə məcbur etməlidir. 

“Bu, Rusiyanın özünə də xeyirdir. Çünki, Rusiya sülhü əldə edən əsas dövlət statusunu qazanacaq və Azərbaycanla strateji tərəfdaşlıq bir qədər genişlənəcək. Yox, əgər Ermənistanın nazı ilə oynasalar, yalançı atəşkəsin uzanmasına çalışsalar, atəşkəs uzun çəkməyəcək, yenidən mövqe döyüşləri başlayacaq. Bütün bu məqamlar onu diqtə edir ki, Ermənistan hakimiyyəti üçün münasib bir fürsətdir ki, 5 rayonu azad etsin və sülh danışıqlarında böyük irəliləyiş əldə edilsin”. 

 

Millət vəkili, politoloq Rasim Musabəyovun fikrincə, Lavrov Azərbaycana ciddi təkliflərlə gəlib: “Bu təkliflər ətrafında Azərbaycan tərəfi götür-qoy edir. Maraqlısı isə Rusiya baş naziri Dimitri Medvedyevin Bakıya hansı təkliflərlə gələcəyidir. Tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olsa, saziş ortalığa qoyula bilər. Ancaq, bu barədə danışmaq çox çətindir”. 

R.Musabəyov qeyd edib ki, münaqişənin həlli bir çox hallarda Rusiyadan asılıdır: “Rusiyanın əlaltısı olan Ermənistanı ağıllandırmaq üçün səylərini artırsa, münaqişə tezliklə həllini tapa bilər. Çünki, Rusiya münaqişənin həllinə “yaşıl işıq” yandırdıqdan sonra Ermənistanın qaçacaq yeri yoxdur”. 

AzVision.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024