Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-01-2016, 18:14)
"11 ildə belə ədalətsizlik görməmişdim"- Deputat

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) 11 illik fəaliyyətim dövründə ədalətsiz bir müzakirənin şahidi oldum”.

 

Mediatv.az-ın məlumatına görə, bu barədə hazırda Strasburqda olan Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. 


Millət vəkili qeyd edib ki, “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatın müzakirəsi zamanı çıxışa yazılmış 6 nəfər Azərbaycan münayəndə heyəti üzvündən sadəcə 1 nəfərə, Rafael Hüzeynova söz verilib: “Məhz Rafael Hüseynov həqiqətləri Assambleyanın diqqətinə çatdırdı. Müzakirələr elə təşkil edilmişdi ki, ümumiyyətlə çox az adam çıxış edə bildi. Azərbaycan əlehdarlarının daha çox çıxış etmək imkanı olduğu və ya yaradıldığı müzakirələrdə bir daha din faktorunun nə qədər önəmli olduğunu hiss etmək çətin deyildi. ATƏT-in Minsk Qrupu həmsədrləri isə bütün təzyiq gücünü işə salaraq mənim monopoliyamda olan məsələnin müzakirəsinə imkan verməyəcəm açıqlamasını bir sıra millət vəkilinin dilindən açıq şəkildə səsləndirdi. Minsk qrupu həmsədrlərinin bu mövqeyi onların problemin həllində deyil onun dondurulmuş vəziyyətdə saxlamaqda maraqlı olduqlarını, ədalətin yanında olmadıqlarını bir daha sübut etdi”.

Q.Paşayevanın sözlərinə görə, sənədin qəbul olunmaması üçün bütün Ermənistan və erməni lobbisi ilə yanaşı bir sıra Avropa dövlətləri də ciddi lobbiçilik ediblər: “Özəlliklə Fransanı qeyd etmək istərdim. Fransa heyətindən çıxış edənlərin Ermənistan heyətindən çıxış edənlərdən heç bir fərqi yox idi və ədalətsiz yanaşmalar və çağırışlar səsləndirirdilər. Çıxış imkanı olmasa da düzəlişlərlə bağlı 30 saniyəlik qısa zamandan istifadə edərək AŞPA-dakı həmkarlarımı Azərbaycan heyəti adından sənədin qəbuluna çağırsam da psixoloji abu-havanın nə qədər gərgin olduğunu hamımız hiss edirdik. Amma Azərbaycan bütün ədalətsizliklərə rəğmən çox iş aparmışdı və sadəcə 4 səslə sənədin qəbul olunmasını əngəllədilər. 

Amma “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzə AŞPA-da qəbul edildi. Bir sənədi əngəlləsələr də onun daxilində olan əsas məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, saxlaması məsələsi ikinci sənəddə də öz əksini tapır və bu sənədin qəbulu çox vacib və önəmli idi. Bu sənəddə Ermənistanın işğalçılığından tutmuş insanlığa qarşı addımları da öz əksini tapır. Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad etmək üçün Azərbaycan dövləti sadəcə Ermənistan, erməni diasporu və lobbisi ilə deyil onların arxasında dayanan bir sıra başqa güc və dövlətlərlə də mübarizə aparırlar. Bunu bugünkü müzakirələrdə bir daha açıq görə bildik və bütün dünyada yaşayan bunları bilməsi çox vacibdir. Amma mübarizəmizi davam etdirməliyik və etdirəcəyik bütün beynəlxalq təşkilatlarda ölkəmiz və millətimiz olaraq. Bütün ədalətsizlik və haqsızlıklara rəğmən”, - deyə Q.Paşayeva vurğulayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024