Siyasət / Slayd (Bu gün, 11:19)
Prezident həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.Mediatv.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur.. VİDEO
1 11 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025























