Siyasət (2-12-2022, 16:11)
Prezident Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini TƏBRİK ETDİ

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.
"Əlahəzrət,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Biz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənmiş, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etmişdir.
İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025