Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-05-2023, 17:18)
Avropa İttifaqı Şurası Azərbaycanın mövqeyini dəstəkləyir – Elman Nəsirov

Avropa İttifaqı Şurası Azərbaycanın mövqeyini dəstəkləyir və Zəngəzur dəhlizinin işə salınmasının tərəfdarıdır, Bu sözləri AzerPress-ə özəl açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, görüşün əhəmiyyəti Brüssel formatının yenidən bərpa olunması ilə bağlıdır.
“Bundan öncə Praqada keçirilən görüşdə Fransa Prezidenti Emanuel Makronun proseslərə müdaxiləsi və birbaşa ermənipərəst mövqeyinin ortaya qoyulması nəticə etibarilə Brüssel formatında çox ciddi zədələrin əmələ gəlməsinə səbəb olmuş, bu formatın fəaliyyətində ləngimələr yaratmışdı.
Yenidən bu formata qayıdış, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və gözlənilən sülh müqaviləsinin imzalanması üçün yeni imkanlar pəncərəsi açdı. Bu görüş həmçinin də, Fransa prezidenti Emanuel Makronun nüfuzunun kifayət qədər aşağı düşdüyünün göstəricisidir. Çünki o ciddi cəhdlərlə çalışır ki, yenidən proseslərə müdaxilə etsin. Lakin bu cəhdi uğursuz oldu. O, təkcə ölkəsində deyil, Avropa İttifaqı çərçivəsində də nüfuzunu yerlə bir edib”.
Millət vəkili bildirib ki, Brüsell formatında keçirilən görüşdə Azərbaycanın mövqeyi əsaslı şəkildə nəzərə alınıb.
“ Müzakirələr zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması üçün münbit şətaitin təmin edilməsi, sərhədlərin delimitasiya və demorkasiyası, kommunikasiyaların bərpası kimi məsələlər öz əksini tapmışdır.
Şarl Mişel Zəngəzur dəhlizi və onun işə salınması məsələsi ilə yaşıl işıq yandırılmasının tərəfdarıdır. Bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. Bu görüşlər bir daha onu göstərir ki, Azərbaycan Avropa İttifaqı münasibətləri də dinamik inkişaf tempinə malikdir. qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcutdur. Aparılan danışıqlar bir daha ona dəlalət edir ki, regionda coxdan gözlənilən sülh müqaviləsinin imzalanması üçün intensiv adımlar atılır”,- deyə millət vəkili vurğulayıb.шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025