Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 11:21)
Kubra Məhərrəmovanın görüntüləri: Dipfeyklər necə yarandı? - DETALLAR

 Sosial şəbəkələrdə "Global Media Group"un əməkdaşı, jurnalist Kubra Məhərrəmovaya aid olduğu iddia edilən qeyri-etik foto və videogörüntülərin yayılması geniş müzakirələrə səbəb olub.

Oxu.Az bildirir ki, bununla bağlı xəbər yayıldıqdan sonra oxucu və izləyicilərdən Kubra Məhərrəmovanın həmkarlarına, çalışdığı şirkətə çoxsaylı zəng və mesajlar daxil olub, hər kəs çaşqınlığını, xanımdan bu cür hərəkət gözləmədiyini ifadə edib. Belə məlum olub ki, hamıda görüntülərin doğru olması qənaəti yaranıb. Heç kim bunun dipfeyk texnologiyası ilə hazırlandığını ehtimal etməyib.

Əslində isə sözügedən görüntülər Baku TV-də yayımlanan veriliş çərçivəsində aparılan süni intellekt eksperimenti zamanı hazırlanıb.

Belə ki, Baku TV/Ru-nun baş redaktoru Natella Osmanlının "Reface" tətbiqinin prodüseri Polina Kovalevskaya ilə müsahibəsi zamanı yeni texnologiyaların imkanlarından bəhs olunub. Müsahibədə qeyd edilib ki, süni intellekt vasitəsilə istənilən şəxsin sosial şəbəkələrdə paylaşdığı foto və ya videolardan istifadə etməklə reallıqdan seçilməyən yeni məzmun yaratmaq mümkündür.

Texnologiyanın necə işlədiyini əyani şəkildə göstərmək məqsədilə verilişin qonağı olan jurnalist Kubra Məhərrəmovanın öz sosial şəbəkə hesabında paylaşdığı açıq fotolardan biri nümunə kimi seçilib. Çox qısa vaxt ərzində süni intellekt alətlərindən istifadə olunaraq, reallığa çox yaxın, lakin tamamilə saxta görüntü hazırlanıb.

Hazırlanan foto və videoları görən şəxslərdə görüntülərin real olduğu təəssüratı yaranıb. Üz cizgilərinin, mimikaların və hərəkətlərin yüksək dəqiqliklə uyğunlaşdırılması bu texnologiyanın nə qədər təhlükəli məqsədlərlə istifadə oluna biləcəyini bir daha ortaya qoyub.

Sözügedən "Reface" tətbiqi 2018-ci ildə hazırlanıb. Qabaqcıl maşın öyrənmə alqoritmlərindən (GAN - Generative Adversarial Network) istifadə edərək video, GIF və fotolarda üz dəyişdirmə (face-swap) funksiyalı məşhur mobil tətbiqdir. O, istifadəçilərə öz üzlərini məşhur film səhnələrinə, musiqi kliplərinə və memlərə yerləşdirməyə imkan verir. Tətbiq, həmçinin süni intellekt avatarlarının yaradılması, saç düzümlərinin dəyişdirilməsi və şəkillərin üslubunun korreksiyası üçün alətləri ehtiva edir.

Mütəxəssislər vurğulayırlar ki, süni intellekt texnologiyaları bir tərəfdən həyatımızı asanlaşdırsa da, digər tərəfdən bəd niyyətli şəxslərin əlində insanların nüfuzuna, psixoloji durumuna və şəxsi həyatına ciddi zərər vura bilər. Son dövrlər bu cür texnologiyalardan istifadə edilərək müxtəlif şəxslər, o cümlədən Bakı Dövlət Universitetinin tələbələri barəsində saxta və qeyri-etik görüntülərin yaradılması bunun bariz nümunəsidir.

Qeyd edək ki, Kubra Məhərrəmovanın iştirak etdiyi bu eksperimentin əsas məqsədi cəmiyyətə bir mesaj vermək olub: hər görüntüyə, hər videoya və hər məlumata kor-koranə inanmaq olmaz. İllərlə formalaşan etibar süni intellekt və pis niyyət nəticəsində saniyələr içində zədələnə bilər və bu cür hücumların hədəfi istənilən şəxs ola bilər.

Baku TV-nin sözügedən verilişinin videosunu təqdim edirik:
шаблоны для dle 11.2

Xəbər lenti
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026