Sosial (Bu gün, 20:41)
Nazirlikdən Prinsipial Qərar: Qaldırılan Faktlar Təsdiqini Tapdı
Bir müddət əvvəl Mediatv.az xəbər portalında dərc etdiyimiz “İXTİSAS YOX, İDDİA VAR: EKOLOGİYA NAZİRLİYİNDƏ MÜMKÜN QANUN POZUNTUSU” sərlövhəli araşdırma yazısı ictimai rezonans doğurmuşdu. Məqalədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin nəzdindəki Suvarma sistemlərinin istismarı və təmiri idarəsində mümkün kadr uyğunsuzluğu məsələsini qaldırmışdıq. Araşdırmamızda diqqət çəkən əsas məqam həmin qurumda vəzifə tutan Xəqani İsmayılovun təhsil ixtisasının və peşə hazırlığının suvarma, meliorasiya, landşaft quruculuğu və mühəndislik sahələri ilə uyğunluq təşkil etməməsi idi. Bildirmişdik ki, strateji əhəmiyyət daşıyan infrastruktur sahəsində peşəkar ixtisas tələbi formal deyil, hüquqi və funksional zərurətdir.
Dövlət idarəçiliyində səmərəlilik, şəffaflıq və məsuliyyət prinsipləri yalnız kağız üzərində qalmamalıdır. Məqalədə həmçinin adı cinayət işində hallanan şəxslərlə bağlı epizodların mövcudluğu və reputasiya məsələlərinin də ictimai etimad baxımından ciddi risklər yaratdığını vurğulamışdıq. Qeyd etmişdik ki, söhbət şəxsi ambisiyalardan yox, dövlət strukturunda vəzifə uyğunluğundan və qanunvericiliyin tələblərindən gedir.Yazı dərc olunduqdan sonra məsələ operativ şəkildə nəzarətə götürülüb. Redaksiyamıza daxil olan məlumata əsasən,nazir Rəşad İsmayılov tərəfindən dərhal araşdırma aparılması barədə göstəriş verilib. Araşdırma nəticəsində qaldırılan faktların təsdiqini tapdığı və adı çəkilən şəxsin tutduğu vəzifədən azad edildiyi bildirilib.Bu qərar bir neçə mühüm mesaj verdi,Rəşad İsmayılov nazir təyin olunduqdan sonra medianın qaldırdığı əsaslı məsələlər diqqətdən kənarda qalmayacaq, obyektiv araşdırma mexanizmi işləkdir,kadr siyasətində peşəkarlıq prinsipi prioritet sayılır,ictimai nəzarət real nəticə doğura bilir. Mediatv.az olaraq hər zaman bildirmişik ki, məqsədimiz kimisə hədəfə almaq deyil, ictimai maraqları qorumaqdır. Dövlət idarəçiliyində ixtisas uyğunluğu, reputasiya təmizliyi və hüquqi əsaslandırma prinsipləri qorunduğu halda həm sistem güclənir, həm də vətəndaş etimadı artır.
Qaldırılan məsələyə operativ, obyektiv və prinsipial yanaşmaya görə cənab nazir Rəşad İsmayılova redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu yanaşma digər qurumlar üçün də nümunə olacaq və dövlət idarəçiliyində peşəkarlıq meyarları daha da möhkəmlənəcək.
Mediatv.az olaraq bundan sonra da ictimai maraq doğuran məsələləri araşdırmağa və cəmiyyətə çatdırmağa davam edəcəyik. Şəffaflıq yalnız tələb deyil — dövlətçilik mədəniyyətinin əsas sütunlarından biridir.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026

























