Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 09:27)
Zehra Hospital-da qeydiyyatçı, yoxsa “kölgə kosmetoloq”? – Qanun pozuntusuna kim cavab verəcək?

 

Cəlilabad rayonunda fəaliyyət göstərən Zehra Hospital özəl tibb müəssisəsində qeydiyyatçı kimi sənədləşdirilən Əliyeva İlhamə Yunis qızı ilə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddi hüquqi suallar doğurur.Rəsmi sənədlərdə “qeydiyyatçı” kimi göstərilən şəxs faktiki olaraq lazer epilyasiya aparatını idarə edir və iddialara görə hətta 19 yaşdan aşağı qız uşaqlarına bu proseduru tətbiq edir.Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarına əsasən, tibbi müdaxilə sayılan prosedurlar yalnız müvafiq ali tibbi təhsili və sertifikasiyası olan şəxslər tərəfindən icra edilə bilər. Mediatv.az xəbər verir ki,kosmetoloji xidmətlər,lazer epilyasiya,inyeksion prosedurlar,mezoterapiya,pilinq,plazmoliftinq - örtük toxumalarına müdaxilə edən tibbi kosmetologiya xidmətləri hesab olunur yalnız ali tibbi təhsilli, sertifikatlı həkim-dermatoveneroloqlar tərəfindən həyata keçirilə bilər.Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiqlənmiş lisenziya tələb olunan fəaliyyət növləri siyahısında ambulator tibbi xidmət və kosmetoloji fəaliyyət ayrıca göstərilib. Bu isə o deməkdir ki, lazer epilyasiya xidməti, müvafiq tibbi lisenziya tələb edir,sertifikatlı mütəxəssis tərəfindən icra olunmalıdır,tibbi standartlara və yaş məhdudiyyətlərinə riayət edilməlidir,Yetkinlik yaşına çatmayanlara lazer açıq risk hesab edilir. Mütəxəssislərin rəyinə görə, 18 yaşdan aşağı şəxslərdə hormonal sistem tam formalaşmadığı üçün lazer epilyasiya proseduru arzuolunmaz nəticələrə, o cümlədən hormonal balansın pozulmasına səbəb ola bilər. Bu səbəbdən yetkinlik yaşına çatmayanlara belə müdaxilələrin tətbiqi tibbi baxımdan risklidir və valideyn razılığı olsa belə, ciddi tibbi əsaslandırma tələb edir. 17 yaşlı və ya daha aşağı yaşlı qız uşaqlarına lazer proseduru tətbiq edilirsə, bu artıq, tibbi fəaliyyətin qanunsuz icrası,lisenziya şərtlərinin pozulması,yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığının riskə atılması,vəzifə saxtakarlığı və faktiki fəaliyyətin gizlədilməsi kimi hüquqi məsuliyyət doğuran hallara səbəb ola bilər.Tibbi təhsili və sertifikasiyası olmayan şəxs lazer epilyasiya kimi tibbi müdaxilə həyata keçirirsə, bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi (“Qanunsuz tibbi fəaliyyət”) ilə tövsif oluna bilər.Müvafiq lisenziya və ixtisas olmadan tibbi fəaliyyət göstərilməsi cinayət məsuliyyəti yaradır.17–18 yaşdan aşağı şəxslərə tibbi əsas olmadan lazer tətbiqi,ehtiyatsızlıqdan sağlamlığa zərər vurma (CM 124 və ya 128-ci maddələr kontekstində) kimi qiymətləndirilə bilər.
Əgər şəxs rəsmi olaraq “qeydiyyatçı” kimi sənədləşdirilib, lakin faktiki olaraq tibbi xidmət göstərirsə, bu lisenziya şərtlərinin pozulması,sahibkarlıq fəaliyyətinin qaydalarının pozulması,vergi və əmək qanunvericiliyinin pozuntusu  ilə qiymətləndirilir. Bu halda təkcə icraçı deyil, müəssisə rəhbərliyi də hüquqi məsuliyyət daşıyır.

Qeydiyyatçı necə lazer mütəxəssisinə çevrilir?


 Əliyeva İlhamə Yunis qızı rəsmi olaraq qeydiyyatçı kimi sənədləşdirilib, lakin faktiki olaraq tibbi kosmetoloji prosedur həyata keçirirsə, bu, həm əmək qanunvericiliyinin, həm də səhiyyə sahəsində normativ aktların kobud şəkildə pozulması deməkdir. Bu halda suallar yaranır: Müəssisənin rəhbərliyi bu faktlardan xəbərdardırmı, səhiyyə Nazirliyi və digər nəzarət orqanları planlı və ya qəfil yoxlama aparıbmı və ya aidiyyəti qurumlar hara baxır?
Özəl tibb müəssisələrinin fəaliyyətinə nəzarət səhiyyə sahəsində dövlət nəzarətini həyata keçirən qurumların səlahiyyətindədir. Əgər iddialar təsdiqini taparsa, bu, təkcə bir əməkdaşın məsuliyyəti deyil, həm də müəssisə rəhbərliyinin hüquqi cavabdehliyi məsələsini gündəmə gətirir.Yetkinlik yaşına çatmayanların sağlamlığı üzərində aparılan hər hansı qanunsuz eksperiment cəzasız qala bilməz. Əks halda “qeydiyyatçı” adı altında tibbi prosedur icra edənlərin sayı artacaq, vətəndaşların sağlamlığı isə kommersiya maraqlarına qurban veriləcək. Redaksiya olaraq aidiyyəti qurumları məsələyə hüquqi qiymət verməyə və faktların araşdırılmasına çağırırıq. Çünki burada söhbət təkcə bir prosedurdan yox, insanların sağlamlığından gedir.
Davamı var
Qarşı tərəfin cavab haqqını tanıyırıq
 Mediatv.az

      шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026