Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 04:54)
Həkim deputatlar AĞIZLARINA SU ALIB OTURURSA... - FAKT BUDUR!

 ""Onkoloji yardım haqqında"qanuna dəyişiklik edilərək bu xəstələrə həm də özəl sektorda xidmət göstərilməsinə icazə verilmişdir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra bildirir: "Bəzi deputat-həkimlərin fikrincə dəyişiklik onkoloji xəstələrə imkan verəcək ki, onlar seçim edərək özəl səhiyyə müəssisələrindən də yararlansınlar.
Digər tərəfdən, dövlət müəssisələrinin iş yükü azala xidmətin keyfiyyəti arta bilər.
İlk baxışda elə görünür ki, millət vəkilləri, xüsusilə həkim deputatlar çox faydalı iş görüblər.
Amma və lakin....
İndi dünyada onkoloji xəstələr müalicə də olunur 10-15 il də yaşaya bilirlər.
Bunun üçün çox bahalı dərmanlar və yüksək texnoloji tibbi avadanlıqlar gərəkir.
Eyni zamanda lisenziya veriləcək özəl sektorda yüksək ixtisaslı onkoloqlara ciddi ehtiyac var .
Bu amillər də ödənişlərin qiymətini artıra bilər.
Ona görə də gərək Milli Məclisin həkim, akademik və digər rütbəli millət vəkilləri heç olmasa "Özəl Tibbi Fəaliyyət haqqında qanunun 16-cı maddəsinə görə özəl sektorda onkoloji xəstələrə ödəniş siz xidmət göstərilməsi haqqında ayrıca məsələ qaldıra bilərdilər.
Adıçəkilən qanuna görə özəl tibbi sektorda qiymət müqavilə ilə müəyyən edilir, yəni xəstə ilə rəhbərlik arasında olan razılaşma yolu ilə...
Ancaq kimdir xəstələri qiymət məsələsində eşidən?
Türkiyədə bu sahədə qiymətləri dövlət tənzimləyir.Tanınmış akademik onkoloq deputat heç olmasa deyərdi ki,gəlin onkoloji yardım üçün ödənişləri "Qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin siyahısı"na salaq.
Təəssüf ki, həkim deputatlar bu məsələni də qaldıra bilmədilər.
Tibbi xidmət əmtəənin bir növüdür onun pulla ifadə olunan dəyəri vardır, yəni maya dəyəri.
Axı, əvvəl bir toyuğa ya da bir Qaza tutulan doğuş indi niyə 3-4 min manat olub!?!?
Siz elə bilirsiniz ki, təkcə tibbi xidmətdə neqativ hallar var.
Səhiyyə qanunvericiliyində də xeyli sayda boşluq, ziddiyyətli məqamlar və qeyri müəyyənliklər olsa da, onun tətbiqində ciddi pozuntular var.
Qanunvericiliyə görə dövlət səhiyyə müəssisələrində tibbi xidmət pulsuzdur,pullu ixtisaslaşdırılmış tibbi xidmətin növləri Nazirlər kabineti tərəfindən müəyyən edilir, O cümlədən qiymətlər də
Ancaq V.Qurbanov özbaşına qiymətlər... məsələn: işə qəbul olunmaq üçün arayış 41 manat, evə həkim çağırmaq 36 manat və s.
Tutaq ki bir vətəndaş avtobusda xəsarət alıb və evdə yatır, ya da elə cərrahi əməliyyat olunub ki, O tibbi göstərişə görə poliklinikaya gedə bilməz? O niyə pul verib həkim çağırmalıdır!??
Əhalidən də bu qədər pul aldılar, həm də vergi verdilər, ancaq onkoloji xəstələrə pul tapılmadı!?!?
Sonda onu deyim ki, qonşu Bayramxatın və Güləbatın arvad da səhiyyədən, TƏBİB-dən danışdı, amma bu həkim-deputatlar, xüsusilə Əhliman Əmiraslanov, Rəşad Mahmudov, Musa Quliyev, Müşviq Məmmədli, Pərvanə Vəliyeva və digərləri danışa bilmədilər...
Heç olmasa 2025-ci ilin dövlət büdcəsinin icrasına həsr ediləcək iclasda desinlər ki, İcbari Tibbi Sığorta fonduna ayrılan bir milyard 400 milyon manatın deyilənə görə 370 milyonu xərclənməyib!?? Niyə?
Yüzlərlə xəstə insanlar isə növbə gözləyirdi ki, nə vaxtsa əməliyyat olunacaq..."шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
23 02 2026