Sosial (Bu gün, 16:34)
Saleh Məmmədovun bağında fövqəl-toplantı: "ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ", HƏBSƏ GEDİRSİNİZ!
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA )İdarə Heyətinin sədri Saleh Məmmədovun tutduğu vəzifədən kənarlaşdırılmasından sonra bu qurumda maliyyə pozuntularının üzə çıxmasına dair məlumatlar yayılıb.
Bununla bağlı məlumatlarda bildirilir ki, Saleh Məmmədovun özü və komandası yüz milyonlarla büdcə vəsaitini talan etdiyi üçün məsuliyyətə cəlb olunacaq.
Bu arada yaranmış situasiya ilə bağlı Gununsesi.info-ya sensasion məlumat daxil olub.
Həmin məlumatda Saleh Məmmədovun bağ evində respublikanın müxtəlif bölgələrini əhatə edən xüsusi yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi deyilir.
Həmin iclasda iştirak edən şəxslərdən birinin Gununsesi.info-ya verdiyi məlumata görə, Saleh Məmmədov, öz komandası hesab etdiyi həmin şəxslərə yaranmış vəziyyətdən çıxmağı təklif edib.
O, bildirib ki, yoxlamalar zamanı ortaya çıxan vəsait büdcəyə qaytarılmasa, hamını həbs gözləyir.
“Mən özüm vəziyyətdən birtəhər çıxacağam, siz əlinizi daşın altına qoymasanız, hamınız həbsə gedəcəksiniz” deyə Saleh Məmmədov onlara xəbərdarlıq edərək, zərəri bağlamağı tələb edib.
Məlumatda keçmiş sədrin bağına toplaşan şəxslərdən bəzilərinin kimliyi redaksiyamıza bəlli olub.
Bunlar Şükür Astanov, Məzahir Səlimov , İlham Əzimov, Zahid Nuriyev, Arif Abbasov, Nizami Çıraqov, Məhəmməd Musayev və başqalarıdır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) regional idarələri ölkənin müxtəlif bölgələrində avtomobil yollarının, körpülərin və digər qurğuların tikintisi, təmiri və saxlanılması işlərini həyata keçirir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026



























