Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 21:22)
Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...

 

Xəzər rayonu, Buzovna qəsəbəsi, Əziz Mirəhmədov küçəsində, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan 3 saylı internatla üzbəüz 400 kv.m-lik obyektin qanunsuz tikildiyi iddia olunur.

Qaynarinfo-ya daxil olan məlumata görə, inşa edilən obyekt Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsi üzrə icra nümayəndəsi Emin Əliyevə məxsusdur.

Bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. İddialara görə, obyektin qanunsuz tikilməsinə baxmayaraq, Emin Əliyev bundan narahat deyil.

Qaynarinfo məsələ ilə bağlı əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Lakin qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun telefonları susub (454-38-47, 454-54-75).

Əməkdaşımız daha sonra icra başçısı Elşən Salahovun köməkçisi Xəlifə İbrahimovla əlaqə saxlayıb. Xəlifə İbrahimov "məndə bu barədə məlumat yoxdur" deməklə kifayətlənib.

Qaynarinfo bu dəfə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxlayıb. Oradan Emin Əliyevin yerində olmadığı bildirilib.

Bununla belə, əməkdaşımız Emin Əliyevin qanunsuzluqda ittiham olunması, bu barədə hətta sosial şəbəkələrdə görüntülər yayıldığını qurumun əməkdaşının diqqətinə çatdırıb və qarşı tərəfin bununla bağlı mövqeyini öyrənməyə çalışıb. Nümayəndəliyin əməkdaşı isə əlaqə nömrələrini istəyərək, geridönüş ediləcəyini bildirib. Bir gün keçsə də, geridönüş edilməyib. Əməkdaşımızın nümayəndəliyə dəfələrlə zəng etməsinin də nəticəsi olmayıb.

Beləliklə, 3 gün ərzində Qaynarinfo bir iddia ilə bağlı nə Xəzər Rayon İcra Hakimiyyətindən, nə də Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən cavab ala bilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova şifahi xəbərdarlıq edib. Buna səbəb işdə yol verilən nöqsanlar olub.
 шаблоны для dle 11.2

Xəbər lenti
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
25 02 2026
25 02 2026
25 02 2026