Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-05-2023, 21:52)
Azərbaycanla heç kəs güc, hərb və təyziq dili ilə danışa bilməz - Elman Nəsirov

 Azərbaycan-İran münasibətləri kifayət qədər gərgin münasibətlər kimi xarakterizə oluna bilər. Xüsusilə də, müharibə öncəsi, dövrü və müharibədən sonrakı zaman kəsiyində İran birmənalı şəkildə Ermənistanın yanında oldu, onu müdafiə etdi və "Ermənistan ərazi bütövlüyü bizim üçün qırmızı xəttir" fikrini səsləndirdi.
Mediatv.az AzerPress-a istinadən xəbər verir ki, bu sözləri saytımıza özəl açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O qeyd edib ki, İranda Azərbaycan diplomatik korpusunda həyata keçirilən terror aktının baş verməsi İran-Azərbaycan münasibətilərinin son dərəcə gərginləşməsinə səbəb oldu:
"İranın ali siyasi rəhbərliyi, İranın hərbi rəhbərliyinin üzərinə düşür. Buna baxmayaraq Azərbaycan dövləti hər zaman qonşularla münasibətlərin normal inkişafına maraqlı olub. İran açıq və aydın şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yeritdi. Ölkə prezidenti Cənab İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda bir daha bu məsələyə toxunması onu göstərir ki, İranla münasibətlər və onun normallaşdırılması məsələsinə Azərbaycan maraqlı tərəfdir. Eyni zamanda, bu kontekstdə cənab prezident vurğuladı ki, son zamanlar İran tərəfindən müəyyən məktublar gəlir, telefon zəngləri də gəlir. Müəyyən də olsa pozitiv proseslər baş verməkdədir. Amma məsələ ondadır ki, münasibətlərin gərginləşməsinə gətirib çıxaran səbəblər aradan qalxmayıb. İran bu istiqamətdə konkret addım atmaq istəmir və hər şey İranın davranışından asılıdır. Cənab prezidentin səsləndirdiyi fikirlər hesab edirəm ki, İran tərəfi üçün çox ciddi mesajdır".
Millət vəkili bildirib ki, Azərbaycanla heç kəs güc, hərb və təyziq dili ilə danışa bilməz:
"Bunun heç bir nəticəsi olmayacaq. Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq lazımdır. Bu halda münasibətlərin normallaşması və əvvəlki səviyyəyə qayıdışı mümkündür. Yəni necə deyərlər hər şey İranın davranışından asılıdır. İran tərəfindən müsbət jestlər etsinki iki tərəfli münasibətlər də normal şəkildə formalaşmış olsun"- deyə Elman Nəsirov vurğulayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025
8 08 2025