Siyasət (14-03-2023, 18:56)
“Azərbaycan Brüssel sülh gündəliyini dəstəkləyir” - Prezident

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyinin platforması müəyyən olunub”.
“Mediatv.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Azərbaycanın mövqeyinin iki yanaşmadan ibarət olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
15 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Digah kəndində səyyar vətəndaş qəbulu keçirib.
14 08 2025