Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (25-04-2023, 09:06)
Qarabağda yaşayan ermənilər seçim etməlidir - AKTUAL

Qarabağda yaşayan ermənilər seçim etməlidir
“Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi yaradılıb və orada Azərbaycan Sərhəd Qoşunlarının müvafiq qrupu yerləşdirilib. Yəni bundan sonra Azərbaycan ərazisinə daxil olanlar qeydiyyata götürülərək yoxlanılacaqlar. Gələcəkdə burada gömrük postu da olacaq. Çünki daşınan mallar, ərzaq təhlükəsizliyi və digər vacib məsələlər var”.
Mediatv.az bildirir ki, bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurmasından danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilərə müəyyən güzəştlər tətbiq edilə, onların şəxsiyyət vəsiqəsi ilə Ermənistana gedib-gəlməsinə şərait yaradıla bilər: “Amma Azərbaycan ərazisinə daxil olan Ermənistan və digər ölkələrin vətəndaşları viza almalı olacaqlar. Azərbaycan-Gürcüstan sərhəd-keçid məntəqəsi kimi, Ermənistan-Azərbaycan sərhəd-keçid məntəqəsi də qurulmalıdır. Bu, normaldır və bununla bağlı reallığı qəbul etmək lazımdır”.

A. İsazadə xatırladıb ki, SSRİ zamanında Azərbaycan və Ermənistan arasında sərhəd-keçid məntəqəsi olmayıb: “Çünki SSRİ respublikaları arasında gömrük postları yox idi. Amma indi Azərbaycan müstəqil dövlətdir və dövlət sərhəd atributlarını sıfırdan yaradır. Əlbəttə, bu addımı alqışlamaq lazımdır”.

Hərbi ekspert əlavə edib ki, bu addımla Azərbaycan öz ərazisinə qanunsuz yollarla gətirilən silahların və qeyri-qanuni silahlı dəstələrin keçməsinin qarşısını kəsməyə çalışır: “Bundan sonra Qarabağda kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, qalıb rahat yaşayacaq. Qəbul etməyənlər ölkəmizi tərk etməlidir.

Ümumiyyətlə, Qarabağın dağlıq hissəsində yerləşən erməni əhalini iki qrupa bölmək lazımdır. Birincisi, dinc erməni əhalidir. İkincisi, separatçılar və Azərbaycana qarşı silah qaldıranlar. Bunları bir-birindən ayırmaq lazımdır. Dinc erməni əhalisi qalıb yaşaya, işləyə, dolana bilər. Bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan qanunlarına əməl tabe olmalıdırlar. Bu halda onların hüquqları və təhlükəsizliyi təmin ediləcək. Separatçılar isə ya ərazimizi tərk edib Ermənistana keçməlidir, ya da müxtəlif tədbirlərlə onları sıradan çıxarmalıyıq. İndi seçim onlarındır”.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024