Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (24-04-2023, 17:09)
“Ermənilərin 30 illik layihəsi məhv oldu” -Tofiq Zülfüqarov

“Ermənilərin 30 illik layihəsi məhv oldu”
“Azərbaycan məqsədinə doğru düşünülmüş şəkildə irəliləyir. Bu məqsəd Azərbaycanın suverenliyini tam təmin etməkdir. Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında - Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratması da bunun isbatıdır”.

Mediatv.az bildirir ki, bunu Reyting.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurmasından danışarkən bildirib.

T. Zülfüqarov hesab edir ki, burada söhbət təkcə hərbi və xarici amillərdən getmir, həm də psixoloji amillər nəzərə alınmalıdır: “Bu prosesdə orada yaşayan erməni əhalisinin rəyini çıxdaş etməyə ehtiyac yoxdur. Populist şüarları hamımız səsləndirə bilərik. Mənim fikrimcə, 2020-ci ilin müharibəsi ona görə baş verib ki, Azərbaycan portnuyorlarına orada etnik təmizləmə aparmayacağını bildirib, onları bir növ razı salıb. İndi bu öhdəliyə sadiq qalaraq düşünülmüş addımlarımızı davam etdirməliyik”.

Keçmiş nazir deyib ki, əslində keçid məntəqəsinin qurulması ilə bir mərhələyə yekun vurulub: “Sözsüz ki, bundan əvvəl böyük işlər aparılıb. Məsələn, eko-fəallar günlərlə bu yolda aksiya təşkil edib, erməni əhalini yeni reallığa öyrədib. Eləcə də Azərbaycan prezidentinin çox təsirli bəyanatları olub. Yəni bu prosesdə digər instrumentlərlə yanaşı təbliğatdan da istifadə edilib ki, nəticəyə nail ola bilək”.

Zülfüqarov diqqətə çatdırıb ki, hazırda Azərbaycanın 5 illik öhdəliyi var: “Mən, sülhməramlıları nəzərdə tuturam. Onlar orada təhlükəsizliyi və baş verəcək təxribatların qarşısını almalıdır, Azərbaycan əsgəri təxribat qurbanı olmamalıdır. Laçında üç əsgərimizlə bağlı olaydan sonra belə addımın atılacağı artıq görünürdü”.

Keçmiş nazirin fikrincə, ermənilər yenə təxribat törədəcək və sülhməramlılar bunun qarşısını almalıdır: “Amma bundan sonra təxribatları elə də asan formada həyata keçirmək mümkün olmayacaq”.

Zülfüqarov sonda əlavə edib ki, nəzarət-buraxılış məntəqəsinin qurulması böyük hadisədir və bunun siyasi əhəmiyyəti də var. Müsahibimiz hesab edir ki, ermənilərin və onların havadarlarının “Myatsum” adlı 30 illik layihəsi artıq məhv oldu.
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024