Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:12)
 SEPAH-dan Azərbaycana yeni həyasız BÖHTAN - ZİBİLƏ DÜŞMÜŞÜK...

 İran Azərbaycanı təhdid etməkdə, böhtan və yalan məlumatlar yaymaqda davam edir. Bir tərəfdən Bakıya nümayəndə göndərərək, əlaqələri dərinləşdirmək istəyən Tehran, digər tərəfdən şantajlarından qalmır. Belə ki, SEPAH-a bağlı “Sepah Pasdaran” Teleqram kanalı Azərbaycana ünvanlı növbəti əsassız məlumatı paylaşıb. Kanal iddia edib ki, guya Azərbaycan NATO-ya yaxınlaşaraq, ora üzv olmağı hədəfləyir. “Bakıda NATO nümayəndə heyəti ilə məsləhətləşmə görüşü keçirilir. Azərbaycan NATO istiqamətində aktiv hərəkətlər edir”,- iddia olunur.
Qeyd edək ki, Azərbaycanın hansısa hərbi bloka qoşulması onun müstəsna hüququdur. Buna görə kiminləsə məsləhətləşmək kimi bir öhdəliyimiz yox. İranın bundan təlaşa düşməsi, belə dezinformasiyalar yaymasına da gərək yoxdur. Çünki rəsmi Bakı hər hansı ittifaq və birlikdə təmsil olunmaqla, İrana qarşı cəbhədə yer almır. Üstəlik, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür.
SEPAH-ın Azərbaycana ünvanlı hədə-böhtanlarında əsas hədəf nədir? Niyə bu çirkin kampaniya dayanmır?
Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, İranın mühafizəkar dairələrinin Azərbaycanın milli maraqlarına qarşı apardığı təhdid və yalan məlumatlarla dolu kampaniya, regionda sabitliyi pozmaq və İran daxilində milyonlarla soydaşımızın Azərbaycanla əlaqələrini zəiflətmək məqsədi güdür:
“Son dövrlərdə Tehran tərəfindən Azərbaycana qarşı edilən bu cür hücumlar artıq sistematik xarakter alıb. indi SEPAH-a bağlı "Sepah Pasdaran" Teleqram kanalında yayılan xəbərlər də bu cür məqsədli manipulyasiyaların bir hissəsidir. "Sepah Pasdaran" kanalında yayılan məlumatlar isə əslində faktlardan uzaq iddiadan başqa bir şey deyil. Azərbaycan, hər zaman müstəqil xarici siyasət yürüdüb və öz müstəqilliyini qorumağa davam edir. NATO ilə münasibətlər isə, Azərbaycanın suverenliyinə, xalqının maraqlarına və dövlətin müstəqil xarici siyasətinə uyğun şəkildə inkişaf edir”.
Politoloq qeyd edib ki, İranın mühafizəkar dairələri Azərbaycanın müstəqil bir şəkildə əlaqələr qurmaq istəyən və öz xarici siyasətini formalaşdıran ölkə olmasını istəmir: “İran Cənubi Qafqazda öz təsir dairəsini saxlamaq üçün hər cür təzyiq və təxribatlara əl atır. Azərbaycan həm Rusiya, həm də Qərblə münasibətlər qurmağa çalışır. Lakin İran bu cür əlaqələrin onun regiondakı mövqelərinə zərbə vurduğunu düşünür. Bu da Tehranı Azərbaycanı müxtəlif yollarla təhdid etməyə vadar edir. Odur ki, Azərbaycana qarşı bu cür təxribatçı fəaliyyətlərin bir hissəsi də Qərb ilə əlaqələrini zəiflətmək və Azərbaycan xalqını manipulyasiya etməkdən ibarətdir. Ancaq İran unudur ki, Azərbaycan xalqı və hökuməti bu təzyiqlərə heç bir halda boyun əyən deyil və heç bir şantaj və böhtan Azərbaycanı öz milli maraqlarından geri çəkilməyə məcbur edə bilməz. Onlar nəhayətdə anlamalıdılar ki, Azərbaycanın xarici siyasəti, yalnız ölkənin suverenliyini və təhlükəsizliyini qorumağa deyil, həm də regiondakı bütün ölkələrlə dost və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa yönəlib. İranın bu cür yalan məlumatlar yayması və təhdidkar mövqeyi isə nəinki qarşılıqlı hörmətə əsaslanan münasibətlərə, heç adi qonşuluq münasibətlərinə də uyğun gəlmir”.шаблоны для dle 11.2

Xəbər lenti
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
28 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026
27 02 2026