Tribuna.az xəbər verir ki, məlumatı Tehranın rəsmi qurumları yayıb.
Məlumata görə, azərbaycanlı deputatın maşınına güllə atılıb. Ov tüfəngi ilə açılan atəşdən Bigdeli heç bir zərər görməyib.
Tehran Prokurorluğu bildirib ki, hadisəni törədən iki nəfər saxlanılıb. Rəsmi açıqlamada həmin şəxslərin terrorçu olmadığı israrla qeyd edilib.









İran parlamentində Güney Azərbaycanın Qəzvin şəhərini təmsil edən deputat, əslən azərbaycanlı Abbas Bigdeliyə qarşı sui-qsəd cəhdi olub.


















