Siyasət / Slayd (24-04-2023, 08:53)
İlham Əliyev nişan verdiyi ünvana doğru gedir...
Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda situasiyanın tamamilə dəyişməsi kimi qəbul edilə bilər. “Laçın dəhlizi” münaqişənin mövcud olduğu dövrdə də, müharibədən sonra da Qarabağdakı ermənilərin “müstəqillik”, “öz müqəddəratını təyin etmə”, “dövlət olmaq” kimi iddialarının nəfəsliyi idi:
- Xankəndindəki separatçıların buna qədər nəzarətə götürülən xarici aləmlə bağlantıları tamamilə kəsildi;
- Erməni əhalisinin bölgədə yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməmək kimi şansı qalmadı;
- Bu, separatçılığın ləğvi və Xankəndində Azərbaycan bayrağının dalğalanmasına gedən yolda həlledici addımdır;
- Bununla Rusiya sülhməramlılarına da prinsip etibarilə ehtiyac qalmayacaq və zamanı çatanda çıxacaqlar;
Bakı 44 günlük müharibədən sonra Qarabağda ən ciddi gedişi etdi.
***
Baş verənlərin siyasi tərəfləri haqda danışa, versiyalar, təxminlər irəli sürə bilərik, lakin nəticəyə baxdıqda bir məsələni qəbul etmək lazımdır: Əliyev Şuşada dalğalanan üçrəngli bayrağı Azadlıq meydanında Qələbə paradına gətirəcəyini deyirdi, etdi. Müharibədən sonra Laçın yoluna post qurulacağını deyirdi, etdi. Xankəndində Azərbaycan bayrağı dalğalanacağını, ermənilərin bu bayraq altında yaşayacağını deyirsə, bunun alternativi yoxdur.
Asif Nərimanlı - DİA.AZ
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024