Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (2-12-2022, 18:07)
Ermənilərin nəfəsliyi olan Laçın dəhlizinə nəzarət bu 3 mərhələdə icra olunmalıdır

 

Son vaxtlar Qarabağda ermənilərin fəallaşması, separatçı ünsürlərin Ermənistanın və xarici qüvvələrin dəstəyi ilə hərbi, həmçinin siyasi ritorikadan çıxış edən addımları Laçın dəhlizi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi ilə nəticələnib.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin 1-ci müavini Ceyhun Şadlinskinin “Qarabağa hərbi texnika daşınır”, açıqlaması, o cümlədən son 3 ayda Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaları, bölgədə yeni hərbi qarşıdurma riskini artırıb.
Bu da ermənilər üçün nəfəslik olan Azərbaycanın Laçin yoluna (dəhliz) nəzarət sistemini həyata keçirməsi məsələsini vacibliyini diqtə edir.
Bəllidir ki, separatçıların təchizat məsələləri Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa doğru həyata keçirilir. Erməni separatçılarının aktivləşməsi bu təchizat yolunun nəzərdə tutulduğu kimi təkcə humanitar məqsədlər üçün istifadə olunmadığına dair fikirləri təsdiqləyir.
Demək, Ermənistan əvvəllər olduğu kimi 2020-ci ildə 44 günlük müharibədən sonra məğlub olmasına baxmayaraq, Qarabağdakı erməni separatçılarının hərbi vasitələrlə təchizatını davam etdirib. Rusiyanın həmin humanitar təchizat yoluna nəzarət edən sülhməramlı hərbi birləşmələri isə bu missiyanın öhdəsindən ya gəlməyiblər ya da ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində olduğu kimi ermənilərin silahlandırılması prosesində iştirak ediblər, yaxudda edirlər.
Belə olan təqdirdə Azərbaycan özünü və beynəlxalq qanunları əsas götürərək, inşa etdiyi Laçın dəhlizinə nəzarət funksiyasını həyata keçirməlidir. Bu nəzarət funksiyası 3 mərhələdə icra olunmalıdır.
1.    Dövlət Sərhəd Xidmətinin mənsubları dəhlizdə sərhəd-keçid məntəqəsi formalaşdırmalı və hər iki istiqamətə Ermənistandan Qarabağa və əks tərəfə hərəkət edən vasitələrin (həmçinin, şəxslərin) yoxlanışını həyata keçirməlidir;    
2.    Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Laçın dəhlizinin ümumi təhlükəsizliyini təmin etməlidir;
3.    Azərbaycan Ordusu isə strateji mövqelərdən və yaxın ərazidən Laçın dəhlizinin müdafiəsini təşkili prosesini davam etdirməlidir;
Yuxarıda sadaladığım bu 3 məqamın 1-ci bəndində qeyd olunan prosesin icrasında Rusiya sülhməramlı missiyası da paralel olaraq iştirak edə bilər.  
Məlumdur bilirik ki, Qarabağdakı erməni separatçıları təkcə Ermənistandan deyil, bölgədə maraqları olan Rusiya, Fransa, İran və ABŞ-dan da tapşırıqlar alırlar. Bu isə bölgənin nə dərəcədə “qaynar qazan” olmasının göstəricisidir.
Hesab edirəm ki, Qarabağdakı erməni separatçılarının yenidən silahlanması, onların kənar güclər tərəfindən bu şəkildə stimullaşdırılmasının qarşısını almaq üçün Azərbaycan dövləti siyasi iradə nömayiş etdirməlidir.
Paralel olaraq isə hələ də Qarabağda yerləşmiş Ermənistan Müdafiə Nazirliyinin 1-ci Əlahiddə Ordusunun hərbi birləşmələrinin və separatçı ermənilərin qanunsuz silahlı bölmələrinin çıxarılması (yaxudda, tərkisilah edilməsi) üçün ciddi tələb irəli sürülməlidir. Bu tələblər icra olunmadığı təqdirdə həmin silahlı birləşmələrin hərbi hissələri “Qisas” əməliyyatında olduğu kimi məhv edilməlidir.
Əgər qeyd etdiyim məsələlər icra olunmazsa Azərbaycan növbəti dəfə Qarabağda silahlı erməni separatizmi və onları gələcəkdə daha ciddi dəstəkləyəcək dövlətlərlə üz-üzə qalacaq.
Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024