Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-04-2023, 08:12)
Sabiq general və başının dəstəsi “qırmızı zon”a köçürüldü..

Sabiq general və başının dəstəsi “qırmızı zon”a köçürüldü...
Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüblər.

Məhkumlar arasında bu cəzaçəkmə müəssisəsi “qırmızı zon” kimi tanınır. Əsasən hüquq-mühafizə orqanlarında çalışmış məhkumların saxlanıldığı “qırmızı zon”da “oğru qanunları” işləmir. Digər cəzaçəkmə müəssisələrindən fərqli olaraq burada “zon administrasiyası”nın göstərişləri sözsüz icra olunmalıdır.

"Qırmızı zon"a köçürülənə qədər hər 4 məhkum Bakı İstintaq Təcridxanasında saxlanılırdı. Mövlam Şıxəliyev 2021-ci ilin 5 aprelindən, digər 3 şəxs isə 22 sentyabr 2022-ci ildən orada idi.

Bu il aprelin 4-də Bakı Apelyasiya Məhkəməsi Mövlam Şıxəliyev və digər 3 şəxsin barəsində Bakı Hərbi Məhkəməsinin hökmünü dəyişmədən qüvvədə saxlayıb. Bundan sonra məhkum MTN-çilər “qırmızı zon”a köçürülüblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onlar barəsindəki Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunub. Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevin tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb.

Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınıb.

2022-ci il aprelin 4-də verilən qərarla Mövlam Şıxəliyev general, digər 3 müttəhim polkovnik rütbələrindən məhrum ediliblər.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir.

Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər.

Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər. Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini istəyirdirlər. Deyirdilər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Əmlakların yenidən qiymətləndirilməsi üçün alternativ ekspertiza təyin olunması da zərərçəkənlərin apelyasiya şikayətlərində yer almışdı.

İş üzrə zərərçəkənlər “Yeni Müsavat” əməkdaşına deyiblər ki, qərarla razı deyillər, artıq vəkilləri ilə birgə kasasiya şikayəti hazırlayırlar. Onlar Mövlam Şıxəliyevin əmlaklarının tam şəkildə müsadirəsini, hər 4 məhkumun barəsindəki cəzaların ağırlaşdırılmasını tələb edirlər.

Əmlaklar ümumilikdə 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.
“Yeni Müsavat”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024