Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-02-2022, 13:11)
General Rüstəm Usubovdan sərt AÇIQLAMA

 Xəbər verdiyimiz kimi Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesləri davam edir. Baş tutan məhkəmə proseslərində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi gündəmə gəlib. Mövlam Şıxəliyev və digərləri onun da məsuliyyət daşıdığına işarə vurub. General ötən proseslərdə "Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”- deyə, qeyd edib.

"Mediatv.az"-ın məlumatına görə, manset.az məhkəmədə adı çəkilən Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovla əlaqə saxlayıb. O açıqlamasında məsələyə qıssa münasibət bildirib.

“Mən heç hara çağrılmamışam. Belə adamlarla bağlı heç mənə zəng vurmayın. Kimdir, O? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Mən onun adını çəkib cavab verməyəcəm. Getsin işi ilə məşğul olsun!”

Qeyd edək ki, bu gün keçiriləcək növbəti məhkəmə prosesində Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindiriləcəyi bildirilirdi.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025