Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-07-2022, 14:41)
Mövlam Şıxəliyevin rütbəsi və əmlakı əlindən alınır - MƏHKƏMƏ

 Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

1 aylıq fasilədən sonra bu gün, iyulun 26-də proses davam etdirilib. Prosesdə dövlət ittihamçısı Vüsal Əliyev təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı Mövlam Şıxəliyevin 14 il, Vüsal Ələkbərovla Yasin Məmmədovun 12 il, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlqıdan məhrum edilmələrini tələb edib. Qeyd edək ki, Mövlam Şıxəliyev xaric digər 3 təqsirləndirilən ibtidai istintaq və məhkəmənin keçirildiyi 10 aya yaxın müddətdə azadlıqda olublar. Dövlət ittihamçısı Mövlam Şıxəliyev və digərilərinin rütbələrinin alınmasını, əmlaklarının müsadirə edilməsini, onları qarşı zərərçəkənlər tərəfindən qaldırılan mülki iddiaların təmin olunmasını da məhkəmədən tələb edib. Proses iyulun 30-na qədər təxirə salınıb.

Xatırladaq ki, Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi.

Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.
Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir.
Musavat.comшаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024