Siyasət (17-10-2022, 14:29)
"Parlament icra hakimiyyətinin əlavəsi kimi fəaliyyət göstərir" - Arif Hacılı

“Azərbaycanda qanunvericilik funksiyasını həyata keçirən hakimiyyət qolu kimi parlament mövcud deyil. Azərbaycanda hakimiyyət əsasən icra strukturlarına aiddir və parlamentin hansısa məsələlərlə əlaqədar müstəqil qərarlar qəbul etmək imkanları yoxdur”.
Mediatv.az KONKRET.az-a istinadla üçün özəl olaraq bunları deyən Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Məclisə seçkilər zamanı saxtakarlıqlara yol verildiyini də vurğulayıb. Onun fikrincə, bu isə Azərbaycan parlamentini cəmiyyətdən, bəzi deputatları da seçkilərdən ayrı salıb:
“Millət vəkilləri ilk növbədə seçicilərinin mənafelərini müdafiə etməlidirlər. Bütövlükdə seçicilərinin sosial problemləri və digər problemləri ilə də məşğul olmalıdırlar. Təbii ki, Azərbaycana aid qlobal məsələlərlə də məşğul olmaq deputatların vəzifə borcudur. Amma təəssüf ki, Azərbaycanda tamam başqa bir mənzərə mövcuddur. Parlament faktiki olaraq icra hakimiyyətinin əlavəsi kimi fəaliyyət göstərir”, – deyə Arif Hacılı fikrini yekunlaşdırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025