Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (17-01-2015, 10:21)
Arif Hacılı Əli Kərimli ilə görüşündən danışdı

Müsavat başqanı görüşün detallarını tam açmadı


Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) yanvarın 15-də parlament seçkilərinin müzakirəsinə həsr olunmuş tədbirində çıxışı zamanı Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədri Əli Kərimli ilə görüşdüyü haqda açıqlama verib. 

A.Hacılı deyib ki, ölkədə olan siyasi şəraitlə, əməkdaşlıqla bağlı bir neçə partiya ilə, o cümlədən AXCP sədri Əli Kərimli ilə görüşüb.

Dünən Arif Hacılı ilə əlaqə saxlayıb Əli Kərimli ilə görüşü barədə ətraflı məlumatlar almağa çalışdıq. Müsavat başqanı bildirdi ki, görüş onun təşəbbüsü ilə keçirilib. Görüş iki saata yaxın davam edib: “Əli Kərimli ilə görüşdə öz fikirlərimi və Müsavat Partiyasının mövqeyini onun diqqətinə çatdırdım. Görüşdə iki partiya arasında əməkdaşlıq perspektivləri müzakirə olundu. Görüş mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar”.

Arif Hacılı bildirdi ki, görüş partiyalara aidiyyəti olmayan kənar bir yerdə keçirilib. Bundan sonra bu görüşlərin davam etdirilməsi ilə bağlı hər hansı bir razılıq əldə olunmayıb. 
Bəzi siyasi təhlilçilər isə hesab edir ki, Milli Şura faktoru olmasa, AXCP-nin Müsavatla birliyi asanlıqla reallaşar, AXCP-nin Müsavatla birliyə gedə bilməməsi Milli Şurada olması ilə bağlıdır. Bəs Arif Hacılı ilə Əli Kərimlinin görüşündə Milli Şura məsələsi müzakirə edilibmi?

A.Hacılı bildirdi ki, Əli Kərimli ilə müzakirələrin detalları barədə geniş açıqlamalar vermək istəmir: “Yalnız onu bildirmək istəyirəm ki, Müsavat Partiyası siyasi qüvvələrlə kontaktların, mümkün olarsa, müttəfiqlik münasibətlərinin, mümkün olmazsa, funksional əməkdaşlıq münasibətlərinin qurulmasının tərəfdarıdır. Biz bu istiqamətdə səylərimizi bundan sonra da davam etdirmək niyyətindəyik”.

A. Hacılı Müsavatın Milli Şuradan çıxmasından sonra AXCP funksionerlərinin partiyanı hakimiyyətlə əməkdaşlıqda ittiham etməsinə də münasibət bildirib: “Hesab edirəm ki, Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etmək siyasi rəqabət kontekstində səslənən əsassız fikirlərdir. Həm siyasi qüvvələr, həm də Azərbaycan cəmiyyəti bilir ki, Müsavat Partiyası heç vaxt hakimiyyətlə hansısa məsələlərlə bağlı sövdələşməyə getməyib”.

AXCP-dəki mənbələrdən əldə etdiyimiz məlumatda isə deyilir ki, görüşdə Əli Kərimli Arif Hacılıya Milli Şuradan kənarda heç bir siyasi qüvvə ilə əməkdaşlıq, müttəfiqlik münasibəti qurmaq fikrində olmadıqlarını bildirib. Məlumatda Əli Kərimlinin Arif Hacılıya Müsavatın Milli Şuraya dönəcəyi halda Milli Şura daxilində AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasının problem olmadığını dediyi də vurğulanır. Bu isə faktiki olaraq, Əli Kərimlinin Müsavat qarşısında şərt qoyması deməkdir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024