Cəmiyyət (23-05-2019, 18:57)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Nizami bələdiyyəsinin üzvləri, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələri rəhbərləri və sakinlər iştirak edib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların dam örtüklərinin təmiri, girişlərin işıqlandırılması, məhəllənin abadlaşdırılması və digər sosial problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərləri isə əlavə araşdırmalara ehtiyac olduğuna görə aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025