Siyasət (6-12-2019, 15:30)
Əli Əhmədov: Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik

Mediatv.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcək, namizədlərini irəli sürəcəklər.
“Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytininqinin olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq.
Beləliklə, YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək”.
Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir”.
“Beləliklə, biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”, - deyə Ə.Əhmədov qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 06 2025
17 06 2025
17 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025