Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:44)
Köçkün evləri məsələsində ŞÜBHƏLİ PULLAR...

 Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin, mənzillərin və pilləkən qəfəslərinin təmiri üzrə “RESİNG CONSTRUCTİON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 979.111,02 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 27.02.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, görüləcək işlərin həcmi barədə satınalmaların portalına yerləşdirilmiş məlumatlarda MMC-nin dam örtüyünün sinkli metal şiferdən olan yararsız hissəsinin sökülməsi, sinkli metaldan olan yararsız su ötürücü novalçaların sökülməsi, xarici divarların yararsız suvağının sökülməsi, xarici divarların köhnə rənginin qaşınıb təmizlənməsi, yararsız pəncərə qapı bloklarının sökülməsi, yararsız taxta qapı bloklarının sökülməsi kimi işləri həyata keçirməli olduğu göstərilir.
Amma bu işlərin Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonundakı məcburi köçkün qəsəbələrində hansı ünvanlarda aparılacağı bəlli deyil. Xatırladaq ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2.Maddəsinə görə bu Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma predmetinin adı, miqdarı, həcmi, ətraflı təsviri, zəruri texniki və keyfiyyət xüsusiyyətləri (o cümlədən planlar, çertyojlar və eskizlər), göndərilməsi (görülməsi və ya göstərilməsi) yeri, qrafiki və son tarixi şərtlər toplusunda göstərilməlidir.
Qeyd edək ki,Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Resing Construction Group” MMC 29 iyun 2022-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin qanuni təmsilçisi Mansurov Ramal Şəmsəddin oğludur. Ramal Mansurovdan əvvəl şirkətin qanuni təmsilçisi Gözəlov Nəsimi Dəyyan oğlu olub. Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçiləri barədə heç bir məlumat yoxdur.
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti daha əvvəllər də “Resing Construction Group” MMC ilə işbirliyində olub. Qurum MMC ilə Bakı, Şirvan şəhərləri, Ağcabədi və Biləsuvar rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri üzrə 222.347,86 manat dəyərində müqavilələr bağlayıb.
Qeyd edək ki, Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonundada məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evlərinin təmiri üzrə 2025-ci ildə də bir neçə müqavilə bağlayıb.
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat məbləğində satınalma müqaviləsi 23.01.2026-cı ildə “KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Bakı və Sumqayıt şəhərləri, Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 341.801,7 manat məbləğində satınalma müqaviləsi 23.01.2026-cı ildə “STAR CONSTRUCTION GROUP” MMC ilə bağlanılıb.
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 283.310,35 manat dəyərində satınalma müqaviləsi 17.12.2025-ci ildə “FINACCO” MMC ilə bağlanılıb.
Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 208.114 manat dəyərində satınalma müqaviləsi 10.12.2025-ci ildə “TD İNŞAAT” MMC ilə bağlanılıb.
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 271.161,29 manat məbləğində satınalma müqaviləsi 05.09.2025-ci ildə “REAL-İNŞAAT” MMC ilə bağlanılıb.
Bu məlumatlardan da göründüyü kimi Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti son altı ay ərzində Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonundada məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evlərinin təmiri üzrə ümumi dəyəri 2 882 551 manat olan 6 satınalma müqaviləsi bağlamışdır.
Göründüyü kimi Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məcburi köçkün qəsəbələrindəki təmir olunacaq fərdi yaşayış evlərinin ünvanını ictimaiyyətə açıqlamamışdır. Bu isə ayrılan vəsaitlərin konkret ünvanlarda aparılacaq təmir işlərinə deyil, ümumi olaraq kosmetik işlər üçün sərf olunacağına şübhələri artırır. Qeyd etdiyimiz kimi bu vəsaitlərin bir qismi kosmetik işlər üçün sərf olunacaqsa, böyük bir qismi də Dövlət Komitəsinin vəzifəli şəxslərinin şəxsi büdcələrini artıracaq.
Məlum olduğu kimi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Demək olar mərhələli şəkildə hər ay köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilir. Ən son fevral ayının 27-də Kəlbəcər şəhərinə 27 ailə – 118 nəfər, Xocavənd şəhərinə 41 ailə – 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə – 196 nəfər köçürülüb. Elə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri də bu tədbirlərdə iştirak ediblər.
Belə olan halda Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonundada məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evlərinin təmirinə üç milyon manata yxın dövlət vəsaitinin ayrılması heç anlaşılan deyil. Bəlkə buna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aydınlıq gətirə?
Qeyd edək ki, Dövlət Komitəsində Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədovdur. O, bu vəzifəyə 2019-cu ilin martında Dövlət Komitəsinin sədri Rövşən Rzayev tərəfindən təyin edilib. 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” NQÇ-nin rəisi vəzifəsində çalışıb. Mediada məcburi köçkün ailələri tərəfindən Səbuhi Əhmədovun xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməsi və digər qanunsuz əməlləri ilə bağlı geniş məlumatlar var.
Aktualinfo.netшаблоны для dle 11.2

Xəbər lenti
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026