Sağlamlıq (29-12-2019, 09:32)
 Genlərin bir-birini “sevib-sevmədiyini” öyrənmək üçün texnologiya hazırlanır 
	 Potensial tərəfdaşların DNT-sini müqayisə etmək funksiyasına sahib onlayn tanışlıq tətbiqetməsi yaradılır. Tanınmış genetik Corc Çerç artıq bu işlə məşğul olduğunu bildirib. Mütəxəssisin fikrincə, belə bir analiz təhlükəli irsi xəstəlikləri olan uşaqların olma riskini azaldır.
 Potensial tərəfdaşların DNT-sini müqayisə etmək funksiyasına sahib onlayn tanışlıq tətbiqetməsi yaradılır. Tanınmış genetik Corc Çerç artıq bu işlə məşğul olduğunu bildirib. Mütəxəssisin fikrincə, belə bir analiz təhlükəli irsi xəstəlikləri olan uşaqların olma riskini azaldır.Bu barədə TASS xəbər verib.
Ancaq ictimaiyyət Çerç və onun layihəsini birmənalı qarşılamayıb, genetiki evgenika və irqçiliyi təbliğ etməkdə günahlandırıb. Çerçin özü insan genomunun “redaktə edilməsini” fəal şəkildə müdafiə edir. Hazırda onun rəhbərlik etdiyi işçi qrupu bir mamontu diriltmək, qocalmanı ləğv etmək üçün vasitə yaratmaq və DNT-də insanı HİV-ə qarşı davamlı edəcək “düzəlişlər” üzərində işləyir.
Onlayn tanışlıq üçün tətbiq mütəxəssisin başqa bir layihəsidir. Onun sözlərinə görə, tətbiq potensial tərəfdaşlar arasında potensial genomdakı mutasiyaları aşkar edərsə, xəbərdarlıq göndərəcək. Gələcək valideynlərdə bu cür mutasiyalar üst-üstə düşərsə, uşaqlarında anadangəlmə xəstəliklərin yaranma ehtimalı orta hesabla 25% artacaq.
Tətbiqin istifadəçilərin genomu haqqında məlumatların məxfiliyini qoruyacağı gözlənilir. Bundan əlavə, analiz, yalnız ən təhlükəli xəstəliklərlə əlaqəli mutasiyalara təsir edəcək.
 
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
								 









 
				














 
	 
	 
	 
	