Sağlamlıq (23-05-2018, 10:41)
Dünyadakı xərçəng epidemiyasının əsas səbəbi açıqlandı
Arizona Universitetinin alimləri belə qənaətə gəliblər ki, insan fəaliyyəti təkcə əhali arasında deyil, heyvanlar arasında da onkoloji xəstəliklərin yayılmasına şərait yaradır
Mediatv.az Phys.org portalına istinadla xəbər verir ki, alimlərin məqaləsi “Nature Ecology & Evolution” jurnalında dərc olunub.
Araşdırmaçılar atmosferin və hidrosferin kimyəvi çirklənməsi, nüvə qurğularından radiasiya şüalanmasının ayrılması, habelə petisidlərdən istifadə kimi faktorların bədxassəli şişlərin inkişafına səbəb olduğunu deyiblər.
Bundan başqa, hormonal dəyişikliklər və sutkalıq ritmlərin də insan sağlamlığında problemlərin yaratdığı açıqlanıb.
Eyni zamanda, müxtəlif heyvan populyasiyalarında baş verən yoluxmalarla bağlı heç bir məlumat yoxdur. Bu səbəbdən antropogen fəaliyyətlərin təsirini qiymətləndirmək çətindir.