Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 08:46)
GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur.. VİDEO

 Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə uzun müddətdir davam edən qanunsuzluqlar, psixoloji təzyiqlər və idarəetmədəki xaos ciddi fəsadlar doğurmağa başlayıb. Müəllim heyətindən daxil olan məlumata görə, kollecdəki ağır psixoloji mühit və təzyiqlər nəticəsində artıq iki müəllim intihara cəhd edib.

Bu cəhdlərə baxmayaraq, nə Gəncə Dövlət Universitetinin rəhbərliyi, nə də Təhsil Nazirliyi məsələyə rəsmi münasibət bildirib. İntihar cəhdləri ciddi araşdırma tələb edən sosial fəlakət göstəricisidir və bu səssizlik cəmiyyət tərəfindən anlaşılmazlıqla qarşılanır.
 İddialara görə, kollecin direktoru Xoşqədəm Xudiyeva tərəfindən elmi dərəcəsi və pedaqoji təcrübəsi olan müəllimlər müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır, onların yerinə isə rüşvət müqabilində (8-12 min manat arası) yeni işçilər təyin olunur. Bu hallar bir çox əməkdaşda dərin narahatlıq və ümitsizlik yaradıb.

Əlavə olaraq, sosial mediada aktiv olan və kollecdə müəllim işləyən Günay adlı bloqerin rəhbərlik haqqında yalnız tərif dolu paylaşımlar etməsi, rəhbərliklə maddi və ya şəxsi maraqlara əsaslanan münasibət şübhələri doğurur.

GDU rəhbərliyi və Təhsil Nazirliyinin məsələyə laqeyd yanaşması, Regional Kollecdə baş verənlərin daha da dərinləşməsinə zəmin yaradır.

Cəmiyyət sual edir: Gəncə Regional Kollecdə müəllimlərin həyatı bahasına baş verən haqsızlıqlara nə vaxt son qoyulacaq? Susmaq razılıqdırmı?

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025