Sağlamlıq (9-06-2016, 20:16)
Qoz xərçəng xəstəliyi riskini azaldır
Düz bağırsaq xərçəngi bütün dünyada ən yayılmış xərçəng növlərindən biri sayılır.
Mediatv.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika alimləri son araşdırmada sübut ediblər ki, qoz düz bağırsaq xərçənginin riskini azaldır.
Xarici mənbələrin məlumatına görə, siçanlar üzərində aparılmış eksperimentlər göstərib ki, hər gün qoz yeyən siçanlarda şişlərin inkişafı riski 2 dəfə azalıb.
Alimlərin fikirinə görə, qoz bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqların daha yaxşı təmizlənməsinə kömək edir, qəbizliyi aradan qaldırır ki, bütün bunlar xərçəngin inkişafının qarşısını alır. Bundan əlavə, qozun tərkibində olan yağlı turşular və E vitamini də qozun şişlərin əleyhinə təsirini gücləndirir.
Eyni zamanda Hollandiyada alimləri sübut ediblər ki, qozun gündəlik qəbulu ani ölümünün riskini azaldır. Tədqiqatçılar hər gün 15 qram qoz yeməyi tövsiyə edirlər.