Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (31-03-2017, 20:19)
Xərçəngi müalicə edən aparat yaradıldı

 

xerceng

Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Novosibirsk Nüvə Fizikası İnstitutunun alimləri bor-neytron terapiyasına əsaslanan “Tandem-BNZT” sürətləndirici kompakt aparatın nümunəsini təqdim ediblər.

Mediatv.az:  Cərrahi yolla çıxarılması mümkün olmayan şişlər bu sürətləndiricinin köməyi sayəsində müalicə ediləcək. Söhbət, hər şeydən əvvəl, beynin qlioblastomasından və melanomanın metastazından gedir.

 “Naked Science” saytına istinadla xəbərə görə, yeni aparat bədxassəli şişlərin yalnız hüceyrələrini effektiv məhv etməyə imkan yaradır. Birinci mərhələdə xəstənin qanına tərkibində bor olan məhlul yeridilir ki, nəticədə bor xərçəng hüceyrələrində toplanır. İkinci mərhələdə şiş epitermal neytronlarının təsirinə məruz qalır. Bor nüvələri tərəfindən onların udulması böyük enerjinin ayrılması ilə müşayiət olunan nüvə reaksiyası yaradır ki, nəticədə xərçəng hüceyrələri məhv olur. Qeyd etmək lazımdır ki, təsvir edilən üsul sağlam hüceyrələrə zərərli təsir göstərməyəcək.

Novosibirk alimləri aparat üzərində 20 ildən çoxdur işləyirlər. Lakin onlar tək deyillər. Bu gün dünyada ağır onkoloji xəstəliklər əleyhinə uğurlu mübarizədə neytronları zəruri patametlərlə generasiya edən dörd qurğu mövcuddur. Lakin “Tandem-BNZT” ilk terapevtik sınaqdan keçib.

Hələlik Novosibirsk aparatının kütləvi istifadəsindən söhbət getmir: əvvəlcə o, sınaqlardan keçməlidir. Sonra zəruri infrastrukturu yaratmaq lazım gələcək. Qurğunun sınaqdan keçirilməsi planlaşdırılan klinikanı Novosibirsk Dövlət Universitetinin korpuslarından birində yerləşdirmək planlaşdırılır.

Bundan əvvəl məlumat verilib ki, Rusiya alimləri istilik şoku zülalı əsasında preparatı uğurla sınaqdan çıxarıblar. Preparat orqanizmin daxili potensialından istifadə edir. Onu xərçəngin bütün növlərinin terapiyasında tətbiq etmək planlaşdırılır.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024